3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Fərid Nəbiyev: “Məqsədimiz “Neftçi” səfərindən maksimum nəticə ilə qayıtmaqdır”

“Turan Tovuz”un yarımmüdafiəçisi Fərid Nəbiyevin Futbolxeber.az saytına müsahibəsi

 

- Geridə qalan 15 tur ərzində "Turan Tovuz"un çıxışını necə dəyərləndirirsiz?

- Hələ ki istədiyimiz mövqedə deyilik. Çalışırıq ki, qarşıdakı oyunlarda daha yaxşısını edək. Əsas məqsəd maksimum nəticə əldə edib üst pillələrə qalxmaqdır.

- Yəqin razılaşarsız ki, cari mövsüm komandanız qeyri-stabil çıxış edir. Bunun səbəbi nədir?

- Bəzi oyunlarda çox yaxşı çıxış edirik, amma əlimizə düşən imkanlardan istifadə edə bilmirik, bu da bizə turnir cədvəlində çətinlik yaradır. Düşünürəm ki, çox yaxşı, gözəl kollektivimiz var. Qarşıdakı oyunlarda əlimizdən gələni, hətta artığını edəcəyik ki, həm azarkeşləri, həm də bizi sevənləri qələbələrimizlə sevindirək.

- Fikrinizcə, bu mövsüm “Turan Tovuz” maksimum nəyə iddia etməlidir?

- Cari mövsüm demək olar ki, bütün komandalar bir-birindən xal almaq gücündədir. Kim əlinə düşən fürsətlərdən istifadə edirsə, o da qalib gəlir. Amma heç nə yekunlaşmayıb, qarşıda çoxlu matçlar var. Bu səbəbdən indidən nəsə demək çətindir.

- Qardaşınız eyni çempionatda, amma bu mövsüm fərqli komandalarda çıxış edirsiz. “Səbail”də forma geyən Yusifə qarşı oynamaq necə hissdir?

- Bu, futboldur. Futbolda belə hallar olur. Keçən il bir komandada oynayırdıq. İndi fərqli komandalardayıq. Qardaşıma qarşı oynamaq əlbəttə ki, xoşdur. Amma bu, tamamilə başqa, fərqli hisslərdir.

- Əksəriyyət “Turan Tovuz”un uğursuz çıxışını meydança amili ilə əlaqələndirir. Razısız bu fikirlə?

- Bizim istəyimiz odur ki, ev oyunlarımızı təbii ot örtüyü olan meydançada keçirək. Bununla belə, indiki vəziyyətlə razılaşmalıyıq  . Azarkeşlər bizə hər oyun çox gözəl dəstək olurlar. Biz də çalışırıq ki, yaxşı nəticələr əldə edib onları sevindirək.

- Sabah səfərdə "Neftçi"nin qonağı olacaqsız. Bu matçdan nə gözləyirsiz?

- "Neftçi"yə qarşı oyun bizim üçün olduqca önəmlidir. Məqsədimiz çətin səfərdən maksimum nəticə ilə qayıtmaqdır. İnanıram ki, bunu bacaracağıq.

- Artıq kubokda da mübarizəyə start verilib. Ötən mövsüm “Turan Tovuz” finalın bir addımlığında dayandı. Bu dəfə hədəf nədir?

- Kubokda bacardığımız qədər irəli getmək istəyirik. Amma indidən hara qədər irəliləyəcəyimizi söyləmək çətindir. İlk növbədə 1/8 finalda “Zirə”yə qarşı keçiriləcək matç barədə düşünməliyik.

- Qeyd etdiyiniz kimi, azarkeşlər komandanıza hər zaman dəstək olurlar. "Turan Tovuz" azarkeşləri cari mövsüm komandadan nə gözləməlidirlər?

- "Turan Tovuz" azarkeşləri, tovuzlular bizə çox gözəl dəstək olurlar. Onların dəstəyini həmişə hiss edirik. Bizim də işimiz yaxşı nəticələr qazanıb, onların inamını doğrultmaqdır. "Turan Tovuz" azarkeşləri ən yaxşısına layiqdirlər.

Azad NURİYEV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31