3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Rəşad Sadiqov: “Hamı bizdən nəticə gözləyir”

“Minifutbol böyük futboldan çox fərqlidir”.

Futbolxeber.az saytına açıqlamasında bunu minifutbol üzrə Azərbaycan çempionatının ilk turunda “Sumqayıt” üzərində 4:2 hesablı qələbə qazanan “İnter”in üzvü Rəşad Sadiqov deyib.

Veteran futbolçu növbəti matçlarda daha yaxşı çıxış edəcəklərinə inanır: “Burada demək olar ki, hamı birə bir oynayır. Çətinliklərə baxmayaraq, ilk oyunumuzda qələbə qazandıq. İstəyimiz debüt matçında qalib gəlmək idi və buna da nail olduq. İnanıram ki, bundan sonra daha yaxşı olacaq”.

Sadiqov hədəfləri barədə sualı belə cavablandırıb: “Hamı bizdən nəticə gözləyir. Biz də əlimizdən gələni edəcəyik. Adımıza görə nəticə qazanmalıyıq”.

Futbol millimizin keçmiş üzvü De Byazinin gedişindən sonra yığmada yerli mütəxəssis görmək istədiyini vurğulayıb: “Mən yerli məşqçinin tərəfdarıyam. Buna qədər millidə xaricilər işləsə də, nəticə yoxdur. Ona görə də istərdim ki, milli komandamızın baş məşqçisi yerli olsun. Azərbaycanlı mütəxəssis futbolumuzu da, oyunçuları da daha yaxşı tanıyır”.

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31