2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Ölkə futbolu

Zubir: “Erkən qollar həlledici oldu”

“HEKKEN” BÜTÜN GÜCÜNÜ MEYDANDA QOYACAQ”

“Qalib gəldiyimiz üçün çox şadıq. Düşünürəm ki, bu gün gözəl futbol sərgilədik”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir Azərbaycan Premyer Liqasının XVI turunda “Sumqayıt”ı 6:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

Fransız futbolçu vurduqları erkən qolların həlledici olduğunu bildirib: “Hesaba baxmayaraq, oyun bizim üçün heç də asan başlamamışdı. Erkən qollar həlledici oldu. Bundan sonra rəqib irəli atıldı və bizə boşluqlar verdi. Nəticədə 3 xal qazandıq”.

Zubir gələn həftə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Hekken”ə qarşı keçiriləcək matçın gərgin alınacağını bildirib: “Bizi çox vacib oyun gözləyir. Düzdür, buna qədər “Hekken” qrup mərhələsində xal qazana bilməyib. Lakin onlar Avropa Liqasına elə-belə vəsiqə qazanmayıblar. Son matç olduğu üçün bütün güclərini meydanda qoyacaqlar. Biz isə mütləq qalib gəlməliyik”.

O, ölkə çempionatının növbəti turunda “Neftçi”yə qarşı keçirəcəkləri matçdan da söz açıb: “Təbii ki, həmin matç çox çətin alınacaq. “Neftçi” ilə qarşılaşma derbidir. Ona görə də görüşə çox ciddi hazırlaşmalıyıq. Biz evdə oynayacağıq. Buna görə də qalib gəlməyi hədəfləyirik. İnanıram ki, yüksək tempi “Neftçi” ilə qarşılaşmada da davam etdirəcəyik”.

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31