3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Cavid Hüseynov: “İstədiyimiz futbolu oynayıb həzz ala bilmədik”

“Minifutbolu daha əvvəl də dostlar arasında, həftədə bir dəfə yığışıb oynayırdıq. Bu gün ilk dəfə rəsmi matça çıxdıq”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri minifutbol üzrə Azərbaycan çempionatının ilk turunda “Sumqayıt” üzərində 4:2 hesablı qələbə qazanan “İnter”in üzvü Cavid Hüseynov deyib.

O, indidən hansısa yer uğrunda mübarizə aparmağın komandası üçün tez olduğunu bildirib: “Maraqlı oyun alındı. Komanda şəklində hazır olmasaq da, daha da yaxşı çıxış edə bilərik. Bu turnirdə hansısa bir yer uğrunda mübarizə aparmaq hələ tezdir. Ancaq istəsək, bu da alınar”.

Qələbəyə baxmayaraq, veteran futbolçu matçdan istədikləri həzzi ala bilmədiklərini vurğulayıb: “İlk oyun olduğu üçün çox çətin idi. Məşqlərdə, yoldaşlıq oyunlarında bundan daha yaxşı idik. Bu matçda tam istədiyimiz futbolu oynayıb həzz ala bilmədik. 4:2 hesabı ilə qalib gəlsək belə. İnanıram ki, qarşıdakı matçlarda oyunumuzdan daha çox zövq alacağıq”.

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31