2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Ölkə futbolu

“Köhnə fikirli əcnəbi gətirib uduzacağıqsa, yerli məşqçiyə şans verilsə, daha yaxşı olar”

“Əgər rəhbərlik düşünürsə, əcnəbi olmalıdır, elə biri olmalıdır ki, müasir futbolun tələblərini bilsin. TOP-5 liqalardan məlumatı olan, səviyyəli baş məşqçi gətirilməlidir. Bu halda biz ondan nəsə baxıb öyrənə bilərik”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri veteran futbolçu Ruslan Əmircanov milli komandamızın yeni baş məşqçisi barədə danışarkən deyib.

O, Qurban Qurbanovu yenidən millidə görmək istədiyini bildirib: “Yoxsa köhnə fikirli gətirib uduzacağıqsa, öz yerli baş məşqçilərimizə şans verilsə, daha məqsədəuyğun olar. Bu, mənim şəxsi fikrimdir. Məsələn, Qurban Qurbanov illərdir baş məşqçidir. Millidə də müəyyən müddət işlədi. Düzdür, bir qədər bəxtsizlik oldu deyə nəticə verə bilmədi. Məndən olsa yenidən milliyə onu baş məşqçi gətirərəm”.

R.Əmircanov qeyd edib ki, ölkəmizdə bu gün milliyə rəhbərlik edə biləcək PRO kateqoriyalı kifayət qədər mütəxəssis var: “Qurbanov olmasa belə, hazırda kifayət qədər gənc, potensiallı baş məşqçilərimiz var, onlara da şans vermək lazımdır. Niyə də olmasın? PRO kateqoriyalı Sənan Qurbanov, Azər Bağırov, Aftandil Hacıyev, Ayxan Abbasov, Samir Abasov var. Tərlan Əhmədov da milliyə baş məşqçi təyin edilə bilər. Yerli baş məşqçi olanda dil tapmaq da bir qədər asan olur. Yaxşı baş məşqçi olan yerdə hər bir futbolçu meydana çıxıb Azərbaycana, torpağına, bayrağına görə canını verməyə hazırdır. Xarici baş məşqçilərin öz fəlsəfəsi, prinsipləri var. Xarici baş məşqçi bizə yeniliklər gətirməlidir. O, bizə Avropa futbolunu oynatmağı öyrətməlidir. Bununla belə, yerli baş məşqçilərə də şans vermək lazımdır. Onlar ancaq yerli klublarda işləməli deyil ki”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31