3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Kəpəz”in portuqaliyalısı: “Gəzdikcə Gəncədə çox şeyi kəşf edirəm”

“Gəzdikcə Gəncədə çox şeyi kəşf edirəm”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Kəpəz”in futbolçusu İqor Rodriges klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Portuqaliyalı qapıçı Gəncə barədə müsbət fikirlər səsləndirib: “Gəncəni çox bəyənirəm, gözəl şəhərdir. Buradakı tarixi yerlər xoşuma gəlir. İnsanlar da qonaqpərvərdirlər”.

28 yaşlı qolkiper oktyabrda qoşulduğu “Kəpəz”ə uyğunlaşma mərhələsində olduğunu bildirib: “Yeni baş məşqçimizin futbol fəlsəfəsini başa düşməyə çalışırıq. Onun bizdən istədikləri var. Tələbləri yerinə yetirməkdən ötrü üzərimizdə işləyirik. Buna görə də müəyyən vaxt lazımdır. Kollektivə yavaş-yavaş uyğunlaşıram. Əlimdən gələnin ən yaxşısını etməyə səy göstərirəm. Komandanın bir üzvü olaraq hər oyuna uğurlu nəticə qazanmaq üçün çıxıram”.

İqor Rodriges digər kollektiv idman növlərinə də maraq göstərdiyini vurğulayıb: “İdmanı çox sevirəm. Təkcə futbolla maraqlanmıram. Gəncədə yerli basketbol komandasının oyununa getmişəm. Voleybola getmək imkanım olmayıb. Vaxtım çatsaydı, bütün görüşlərdə azarkeş kimi tribunada yer almaq istərdim”.

Qeyd edək ki, İqor Rodriges bu mövsüm Premyer Liqada 4 oyun keçirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31