3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Xətai Bağırov: “Kim istəməz ki, belə futbolçuların məşqçisi olsun?!”

Minifutbol üzrə ölkə çempionatında mübarizəyə qoşulan “İnter”in baş məşqçisi Xətai Bağırovun Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan çempionatının ilk turunda “Sumqayıt” üzərində 4:2 hesablı qələbə qazandınız. Debütu necə dəyərləndirirsiz?

- Əvvəlcədən demişdim, belə oyunçularla işləməyin həm asan, həm də çətin yolları var. Çətin odur ki, bu oyunçuların hamısı ulduzdur, amma futbolçu karyerasını bitiriblər. Onları minifutbola çəkmək lazımdır. Əsas çətinlik onları minifutbola uyğunlaşdırmaqdır. Asan tərəfi isə belə klass oyunçularla, təcrübəlilərlə işləmək olduqca yaxşıdır. Onları fiziki formaya salmalıyıq. Kim istəməz ki, belə futbolçuların məşqçisi olsun?!

Ona görə də sevinirəm. Mövsümə qələbə ilə başlamağımız əlavə motivasiyadır. Çətin matç keçdi. Amma yaxşı ki, qələbə qazandıq. Çempionata belə maraqlı, pozitiv, heyətlə başlamaq çox sevindiricidir.

- Potensial olaraq bu heyətdən gözləntiləriniz nədir?

- Bu futbolçular öz potensiallarını böyük futbolda göstəriblər. Əsas olan onları yönləndirmək və minifutbola uyğunlaşdırmaqdır. Çalışıram ki, bunun üçün əlimdən gələni edim. Minifutbol bir qədər fərqlidir. Burada taktiki gedişlərə üstünlük vermək vacibdir. Bu gün göründü ki, taktiki gedişlər, müdafiədə, hücumda oynamaq baxımından özlərini göstərdilər. Düzdür, bir qədər az etdilər, bunun da səbəbi fiziki yorğunluqdur.

- Qeyd etdiyiniz kimi, sərəncamınızdakı futbolçuların hamısı tanınmışlardır. Onların kaprizi ilə bacara bilirsiniz?

- Hər biri ilə ayrı-ayrılıqda dialoq qurmaq lazımdır. Əfran İsmayılovla danışdığım kimi, Raufla, Elvinlə danışa bilmərəm. Məşqçiliyə yeni başlasam da, gördüklərimə əsasən bilirəm ki, məşqçilər hər oyunçu ilə eyni cür dialoq qurmur, danışmır. Onlarla elə danışmalıyam ki, mən deyənlə razılaşsınlar, aqressiya olmasın, təbii ki, ayrı-ayrılıqda nazı ilə oynamaq lazımdır. Bunu etmək lazımdır ki, onlar da meydanda mən deyəni edə bilsinlər.

- “İnter”in çempionatdakı hədəfi?

- Oyunçular məndən soruşdu ki, öz fikrinizi deyin, hədəfiniz nədir? Bildirdim ki, ən azı ilk üçlükdə olmalıyıq. Amma təbii ki, bunu zaman və oyunumuz göstərəcək. Bu futbolçular bu gücə qadirdirlər. Onları sadəcə olaraq minifutbola öyrəşdirmək lazımdır. Taktiki və fiziki cəhətdən uyğunlaşma olarsa, nəzərdə tutduğumuz nəticəni əldə edə biləcəyik.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31