2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Ölkə futbolu

Lukas Melano: “Nə özümün, nə də digər hücumçularımızın performansından razıyam”

"Nə özümün, nə də digər hücumçularımızın performansından razıyam. Əsas işimiz qol vurmaqdır, bunu edə bilmirik. Bura çempionat davam edə-edə gəlmişdim. Azərbaycana adaptasiya olmağa çalışdım. Oynamırdım. Baş məşqçimiz son matçlarda mənə şans verir. İnanın ki, həftəboyu öz üzərimdə çox çalışıram. Hələ ki, alınmır. Çalışacam ki, öhdəsindən gəlim".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi”nin hücumçusu Lukas Melano bu gün keçirilən mətbuat konfransında deyib.

O, "Qarabağ"la "Neftçi" arasındakı xal fərqindən söhbət açıb: "Mövsümün sonuna çox qalıb. “Qarabağ”la xal fərqimiz çoxdur, böyük görünür. Lakin futbolda hər şey mümkündür. Təkcə onlarla oyuna deyil, bütün görüşlərə köklənmək lazımdır. Bütün matçlarda xal itirməməyə çalışmalıyıq. “Qarabağ”la öz aramızdakı matçlarda isə maksimum xal qazanmaq istəyəcəyik".

Melano, ABŞ-da "Qarabağ"ın sabiq forvardı Samuel Armentorrosla komanda yoldaşı olmasını da xatırlayıb: "Bəli, Samuellə çox yaxşı münasibətimiz var. Onunla tez-tez danışırdıq, ümumi mövzular çox olub. Sırf Azərbaycan haqda danışığımız olmayıb. Samuel də zəngin karyeraya malikdir. Oynadığımız ölkələr, klublar haqda danışırdıq. Hazırda MLS daha çox inkişaf edib. Bilmirəm, ora qayıtmaq qismət olacaq, ya yox. Ancaq karyeramı bitirdikdən sonra ABŞ-da yaşamaq istəyirəm. “Neftçi”yə yeni gəlmişəm. İstəyirəm ki, burada uğurlar əldə edim. MLS-də olduğum vaxtda Zlatan İbrahimoviç, Andrea Pirlo, Didye Droqaba, Frank Lemparda qarşı oynamışam".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31