2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Ölkə futbolu

Eldar Quliyev: “Biz qalib gəldiyimiz oyunlarda “Neftçi” kimi vaxtı uzatmırıq”

“Zirə”nin yarımmüdafiəçisi Eldar Quliyevin Futbolxeber.az saytına müsahibəsi

 

- Premyer Liqanın son turunda “Neftçi”yə 0:1 hesabı ilə məğlub olduz. Səfər matçında xal qazanmağınız üçün nə çatışmadı?

- Yaxaladığımız qol epizodlarını dəyərləndirə bilmədik. Xüsusən ikinci hissədə real imkanlarımız oldu. Dirəkdən dönən top var idi. Fasilədən sonra üstünlük bizim tərəfimizdə idi.

- Demək olar ki, “Neftçi” sizi heç nə ilə təəccübləndirmədi?

- Bir hissədə matç bərabər keçirdi. Onların uzun müddət qol şansları yox idi. Hesabı açdıqdan sonra “Neftçi” arxaya çəkildi. Biz isə böyük qüvvə ilə irəli atıldıq. Aydın məsələdir ki, bu halda rəqibin əks-hücumlar zamanı qol vurmaq üçün şansları olacaqdı.

- Rəqib futbolçular sona yaxın vaxtı uzadırdılar...

- Mövsüm boyu biz qalib gəldiyimiz heç bir oyunda onlar kimi etməmişik. Lakin nədənsə bizimlə görüşdə hesabda öndə olan komandalar vaxtı uzadırlar. “Neftçi” ilə matçda bu, ilk belə hal deyildi. Əvvəlki matçlarda da bu cür hallarla üzləşmişik.

- Öncəki tur Sumqayıt səfərində xal itirməklə liderliyi əldən verdiz. Ola bilərmi ki, bu məqam komandaya psixoloji cəhətdən mənfi təsir edib?

- Belə düşünmürəm. Çünki açıq danışsaq, hədəfimiz çempionluq deyil. Düzdür, ön pillələrdə olmaq istəyirik. Lakin hər şeyə real yanaşmalıyıq. Odur ki, liderliyi əldən verməyimizi faciəyə çevirməmişik. “Sumqayıt” da zəif deyil və bu komanda ilə səfərdə 1 xal qazanmaq heç də pis nəticə sayılmamalıdır.

- Növbəti turda ilk dövrədə uduzduğunuz “Araz-Naxçıvan”la qarşılaşacaqsız. Bu görüşdən nə gözləmək olar?

- “Araz-Naxçıvan”la görüşə də hər matça olduğu kimi ciddi hazırlaşacağıq. Rəqib heç də zəif deyil. Lakin əlimizdən gələni edəcəyik ki, həmin matçda qalib gələk.

- Artıq kubokdakı rəqibiniz məlumdur, 1/8 finalda “Turan Tovuz”la üz-üzə gələcəksiz. Razısız ki, digər iddialılarla müqayisədə ən güclü rəqib məhz “Zirə”yə düşüb?

- Belə demək olar. Amma bu, püşkdür və meydana çıxıb mübarizə aparmalıyıq. Həmin matçda da əlimizdən gələni edəcəyik ki, mərhələ adlayaq.

- İlin yekunlaşmasına az qalıb. Komandada yorğunluq hiss olunmur?

- Düzdür, ilin sonudur. Kuboku da nəzərə alsaq, cəmi 4 oyunumuz qalıb. Lakin komandada yorğunluq hiss olunmur. Hər şey qaydasındadır.

İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31