2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Ölkə futbolu

Anatoli Nuriyev: “Klubumu dəyişmək barədə düşünmürəm”

“Çətin oyun alındı. Yaxşı ki, erkən qollar vurduq. Bu, işimizə çox yaradı”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Sabah”ın yarımmüdafiəçisi Anatoli Nuriyev Azərbaycan Premyer Liqasının XV turunda səfərdə “Kəpəz”i 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

O, rəqib haqda müsbət fikirlər səsləndirib: “Ardıcıl 2 qol vurduqdan sonra qalan dəqiqələrdə oyun bizim üçün yaxşı keçdi. “Kəpəz” pis komanda deyil. Hazırda turnir cədvəlində aşağı pillədə qərarlaşsalar da, heç də pis futbol sərgiləmirlər. Odur ki, nəticədən məmnunuq”.

“Demək olar ki, “Sabah”a artıq özünə gəlir?” sualını Nuriyev belə cavablandırıb: “Ümid edirəm ki, bu qələbənin bizə çox faydası olacaq. Daha da inkişaf etməli, turnir cədvəlində mövqeyimizi yaxşılaşdırmalıyıq. Yüksək yerlər uğrunda mübarizə aparırıq. Ona görə də üst pillələrə can atırıq”.

27 yaşlı futbolçu ikinci dövrənin sonuna qədər maksimum xal qazanmaq istədiklərini bildirib: “Qış fasiləsinə qədər çempionatda 3 oyunumuz qalıb. Hər 3 görüşdə qələbə qazanmalıyıq. Düzdür, bu, heç də asan olmayacaq. Çünki çempionatda hazırda heç bir oyun asan keçmir. Amma yenə də əlimizdən gələni edəcəyik ki, xal itkisinə yol verməyək. Eləcə də “Kəpəz”lə bizi kubok oyunu gözləyir. O matç da çətin olacaq. Lakin inanıram ki, kubokda 1/8 finalı uğurla adlayacağıq”.  

“Sabah”ın üzvü son zamanlar əsas heyətdən kənarda qalmasına da toxunub: “Bu, baş məşqçinin qərarıdır. Mən də bu qərara hörmətlə yanaşmalıyam. Son zamanlar əsas heyətdə daim yer almasam da, məşqlərimi edirəm, tam gücümlə çalışıram. “Kəpəz”lə görüşdə şans qazandım və qol vurdum. Ümid edirəm ki, bu, yenidən əsas heyət üzvünə çevrilməyimdə rol oynayacaq”.

İlk “11-lik”də daim yer almasa da, A.Nuriyev klubunu dəyişmək barədə düşünmür: “Mənim klubla hələ ilyarımlıq müqaviləm var. Ona görə də klubumu dəyişmək barədə, yaxud icarəyə verilmək haqda düşünmürəm. Dediyim kimi, mən üzərimə düşəni edirəm, əlimdən gələni edirəm ki, meydanda daha çox vaxt keçirim”.

Sonda o, sabiq klubu “Sumqayıt”a qayıdacağı barədə yayılan xəbərləri təkzib edib: “Belə bir şey yoxdur”.

Fərəc ASLANOV, Tovuz




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31