3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Kəpəz”in yubilyarı: “Adil Şükürovun gəlişindən sonra daha yaxşı oynayırıq”

“Üçüncü turda “Turan Tovuz”la matçda “Kəpəz”in heyətində Premyer Liqada 100-cü oyunu keçirmişdim. Buna görə xoşbəxtəm. Çünki “Kəpəz” mənim doğma klubumdur. Öz şəhərimin komandasıdır. Bu klubun heyətində 100-ə çatmaq xoşdur”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri Azərbaycan Premyer Liqasının XV turunda “Sabah”a qarşı keçirilən matçdan öncə klub rəhbərliyi tərəfindən simvolik hədiyyə təqdim olunan Tural Rzayev deyib.

30 yaşlı futbolçu “Sabah”dan alınan 0:2 hesablı məğlubiyyəti belə şərh edib: “Məğlub olmağımıza baxmayaraq, yaxşı futbol oynadıq. Bir çox qol imkanımız olsa da, son nöqtəni qoya bilmədik. Problem məhz yaxaladığımız şansları dəyərləndirə bilməməyimizdədir. Hesab aldadıcıdır. Çünki biz “Sabah”a qarşı çox yaxşı oynadıq”.

O, son turlar oyunlarını yaxşılaşdırdıqlarını bildirib: “Komanda düzgün yoldadır. Günü-gündən inkişaf edirik. Adil Şükürovun gəlişindən sonra daha yaxşı oynayırıq. Düşünürəm ki, bundan sonra hər şey daha yaxşı olacaq”.

Tural Rzayev bildirib ki, baş məşqçi postundakı dəyişiklikdən sonra “Kəpəz” daha hücumameyilli futbol sərgiləyir: “Adil Şükürovun gəlişindən sonra komandada müsbət dəyişikliklər var. Artıq oyun tərzimiz də dəyişib. Başqa cür çıxış edirik. Daha çox hücum edirik, daha çox qol imkanlarımız olur. Əvvəlki tur “Səbail”lə matçda da fərqlənmək üçün yaxşı şanslarımız olmuşdu. Yeganə problem son nöqtəni qoymaqdadır”.

“Kəpəz”in yarımmüdafiəçisi növbəti turda “Qəbələ”yə qarşı keçirəcəkləri matçdan da söz açıb: “Hazırda bizim üçün hər matç vacibdir. Amma “Qəbələ” ilə görüş finala bərabərdir. Çünki turnir cədvəlində qonşuyuq. Qalibiyyətdən bazşqa yolumuz yoxdur. Mütləq “Qəbələ” üzərində qələbə qazanmalıyıq. İnanıram ki, bunu bacaracağıq”.

Fərəc ASLANOV, Tovuz




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31