2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Ölkə futbolu

Sülh yubileyləri

Azərbaycan Premyer Liqasının XV turu iki komanda üçün heç-heçə yubileyləri ilə əlamətdar olub.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, “Sumqayıt” 50-ci dəfə səfərdən bir xalla dönüb. Bu, “Turan Tovuz”la qarşılaşmada (2:2) gerçəkləşib.

Sumqayıtın eyniadlı klubunun rəqib meydanlarındakı ilk bərabərliyi 2010/11 mövsümünə təsadüf edib. 2011-ci il sentyabrın 18-də keçirilən “Rəvan”la matç 0:0 hesabı ilə yekunlaşıb.

“Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçə “Səbail” üçün ikiqat yubileylə yekunlaşıb. Bakı klubu Premyer Liqada 40-cı, səfərdə 20-ci dəfə sülhə imza atıb.

“Səbail”in ilk heç-heçəsi 2017/18 mövsümündə gerçəkləşib. 2017-ci il noyabrın 25-də “Sumqayıt”la səfərdəki qarşılaşmada qol vurulmayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31