3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Andre Şinyaşiki: “Bu qələbə azarkeşlər üçündür”

“Neftçi”nin hücumçusu Andre Şinyaşikinin Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində gərgin oyunda “Zirə” üzərində 1:0 hesablı qələbə qazandız. Qələbəni necə şərh edərdiz?

- Matç bizim üçün yaxşı keçdi, uğurlu alındı. Hətta deyə bilərəm ki, ikinci hissədə daha yaxşı idik. Bütün çətinliklərə baxmayaraq, bu oyunda qələbə qazana bildik və buna görə çox şadam.

- Qələbəyə baxmayaraq, komandanız stabil oyun nümayiş etdirmir və bu, azarkeşlərinə nazarazılığına səbəb olur...

- Azarkeşlər həmişə qələbəyə layiqdirlər. Onların qəzəbini başa düşürəm. Hazırda yaxşı çıxış etmədiyimiz üçün fanatlar narazılıqlarını bildirirlər. Amma onları “Zirə” ilə matçda sevindirə bildiyimiz üçün xoşbəxtəm. Həm 3 xal, həm də qələbə çox vacib faktordur.

- Aradakı soyuqluğu nəzərə alsaq, “Zirə” ilə matçda qazanılan “3 xal azarkeşləyə həsr olunur” deyə bilərik?

- Əlbəttə! Onlar möhtəşəm idilər. Biz daim fanatları sevindirmək istəyirik. Ötən turda da qələbə qazanmağa çox yaxın idik. Təəssüflər olsun ki, alınmadı. Ona görə də bu qələbə onlar üçündür.

- Komandada 9 nömrə mövqeyindəsiniz. Amma fərqlənmək baxımından çətinlik çəkirsiniz. Bu, nədən irəli gəlir?

- Düşünürəm ki,  "Neftçi"də çox oyunçu Rəhman kimi fərqlənmək istəyir. Mən də bu baxımdan öz üzərimdə işləyirəm. Daha da inkişaf edib daha çox qollar vurmalıyıq. Fərdi olaraq təkcə mən yox, komandada hər kəs fərqlənib qol sayını artırmaq üçün çalışmalıdır. Bunun üzərində işləyirik.

- Necə düşünürsüz, “Zirə” üzərində qələbə mövsümün qalan hissəsində "Neftçi"nin daha yaxşı performans göstərməyinə kömək edəcək?

- Bəli, elədir ki, var. Biz məşqlərdə çox ciddi hazırlaşırıq. Öz üzərimizdə dayanmadan çalışırıq. Komanda üçün, azarkeşlər üçün ən yaxşısını etməyə cəhd göstəririk.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31