3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Adil Şükürov: "Bəzi məsələlərdə irəliləyiş var"

"İstəyirik ki, daha böyük addımlar ataq. Amma hazırda bu, alınan iş deyil. Müəyyən vaxt lazımdır. Bəzi məslələrdə irəliləyiş var. Komandaya aqressivlik gətirmişik. Sonluq çatışmır. Bunu da aradan qaldırmağa çalışacağıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Lİqasının 15-ci turunda bu gün "Sabah"a uduzduqları oyundan (0:2) sonra mətbuat konfransında deyib.

O, komandasının adi epizodlardan qollar buraxdığını bildirib: "Komada hücumda olursa, müdafiə də onu sığortalayır. Bəli, bəsit qollar buraxdıq. Biz qol vurmalı idik, rəqib vurdu. Həmin anlarda komanadada konsentrasiya itdi".

Baş məşqçi kapitan Vurğun Hüseynovun ehtiyatda qalması ilə bağlı sualı da cavablandırıb: "Vurğun və ehtiyatda qalan digərləri güvəndiyimiz futbolçulardır. Hər kəsə şans verməyə çalışırıq. Vurğun təcrübəli futbolçudur. Üç gündən bir oynamaq onun üçün çətin olar, Bu gün hücumda olub qollar vurmaq istəyirdik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31