2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Ölkə futbolu

Rəşad Sadıqov: "Neftçi"nin yeganə hücumu qolla nəticələndi"

"Komandama təşəkkür etmək istəyirəm. Çox keyfiyyətli oynadıq. İstəməzdik ki, uduzaq. Qələbəyə köklənmişdik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə "Neftçi"yə uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib.

O, minimal hesablı məğlubiyyəti belə şərh edib: "Bilirdik ki, qələbə bizə üstünlük yarada bilər. Risk etmək olardı. Çoxsaylı hücumlar etdik, oyuna nəzarət bizdə idi. Rəqibin yeganə təhlükəli epizodunda... Heç təhlükəli epizod da deyildi. Rəhmanın başla qol vurmasını nadir hallarda görürük. Yeganə hücumları qolla nəticələndi. Biz qol epizodları yaratdıq, amma top qapı xəttindən keçmək istəmirdi. Bu oyunu inkişaf etdirsək, mövsümün sonunda uğurlu nəticə əldə edə bilərik. Komandamın inkişafı məni sevindirir".

R.Sadıqov hücum xəttindəki çatışmazlıqlardan danışıb: "Hər komanda istəyər ki, heyətdə hər oyun fərqlənən oyunçu olsun. İmkanlara uyğun komanda qurmuşuq. Narazı deyiləm. Amma hamı istəyər ki, fərqli oyunçular gətirib, heyəti genişləndirsin. Bu gün isə buna imkan yoxdur".

Baş məşqçi görüşün baş hakimi İnqilab Məmmədovun idarəçiliyi ilə bağlı da fikir bildirib: "Nəticəyə təsir edən səhvlər olmadı. Sadəcə, Ruan Renatoya sarı kart verildi. Növbəti oyunu buraxacaq. Əvəzetmə hazırdır, baş hakim "Neftçi"nin oyunçusu ilə danışır. Bunların nəticəyə təsiri yoxdur. Amma xoşagəlməz məqamlardır. Futbolçuları və məşqçiləri də gərginləşdirir. Ümumi götürsək, bu mövsüm nəticəyə təsir edən epizodlar az olub. Amma məsələn, Pyer Zeblinin qırmızı vərəq epizodu var idi, orada qırmızı yox idi. “Qəbələ”də penaltimiz verilmədi. Amma hakimlərin işinə gəldikdə, həmişə dürüst olmuşam. Bu mövsüm hakimliyin yaxşılaşdığını düşünürəm. Şəxsi fikrim odur ki, hakimliyin səviyyəsi qalxıb".

R.Sadıqov "Zirə" ilk dəqiqələrdən daha çox pressinqlə, daha maraqlı oynaya bilər?" sualını belə cavablandırıb: "Olar. Hücum futbolunu xoşlayıram. Müdafiəçi olsam da, belədir. Hər hansı passiv oynamaq göstərişimiz olmur. Oyunun əvvəlində komandaya daha diqqətli oynamağı tapşırıq veririk. Dəqiqələr ötdükcə çalışırıq ki, hücumlarımızı artıraq. Bu gün də birinci hissədə biz daha təhlükəli idik. Futbol taktiki oyundur. Şəraiti düzgün qiymətləndirmək lazımdır. "Neftçi" ilə oyunda 90 dəqiqə planda olmalıyıq, planı pozsaq, mən başda olmaqla, ağılsızlıq olar. Düşünürdüm ki, oyunun gedişatı fərqli olacaq, "Neftçi" irəli atılacaq. Daha təhlükəli tərəf biz idik".

R.Sadıqov "Neftçi"nin futbolçusu Yeqor Boqomolskini qış transfer dönəmində icarəyə götürmək barədə müzakirə aparacaqlarını qeyd edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31