3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Martin Petkov: “Yaxşı oyundan daha çox xala ehtiyacımız var”

“İlk hissədə konsentrasiyamız lazımi qədər deyildi. Rəqib də bundan faydalandı. Əvvəlcə cərimə zərbəsindən fərqləndilər. İkinci qolu da çox asanlıqla buraxdıq”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Turan Tovuz”un hücumçusu Martin Petkov Azərbaycan Premyer Liqasının XV turunda “Sumqayıt”la heç-heçə etdikləri oyun (2:2) barədə danışarkən deyib.

Bolqar forvard ikinci hissədə matçda dönüş yaratdıqlarını bildirib: “Fasilədən sonra çox yaxşı oynadıq. Görüşdə dönüş yaratdıq. Xüsusən ilk 15 dəqiqə ərzində rəqibə göz açmağa imkan vermədik. Ardıcıl 2 qol vurduq. Daha sonra 4-5 yüz faizli qol şanslarımız oldu. Təəssüf ki, onlardan faydalana bilmədik. Nə qədər çalışsaq da, qələbə qolunu vurmaq mümkün olmadı”.

“Fasilədə baş məşqçi sizə hansı tapşırıqları verdi?” sualını 22 yaşlı forvard belə cavablandırıb: “Baş məşqçi bizə səhvlərimizi çatdırdı. Bildirdi ki, daha aqressiv oynamalıyıq, daha çox qaçmalıyıq”.

O, növbəti turda “Neftçi”yə qarşı keçirəcəkləri oyundan da söz açıb: “Neftçi” çox yaxşı komandadır. Tarixi var, heyətləri güclü futbolçulardan təşkil olunub. Odur ki, səfərdə bizi çox ağır oyun gözləyir. Həmin görüşdə uğur qazanmaq üçün 100 faiz gücümüzü meydanda qoymalıyıq. Aqressiv oynamalıyıq. Xüsusən də yaxaladığımız şansları dəyərləndirməliyik”.

Petkov bildirib ki, qış fasiləsinə qədər qalan 3 tur ərzində bacardıqları qədər çox xal toplamalıdırlar: “İndiki məqamda yaxşı oyundan daha çox xala ehtiyacımız var. Çünki mövsümə yaxşı start versək də, sonra bir çox matçlarda xal itirdik. Odur ki, bu vəziyyəti düzəltməliyik”.

Fərəc ASLANOV, Tovuz




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31