2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Ölkə futbolu

Mohammed Kadiri: “Vurduğum qol yenə də ayın ən yaxşısı seçilə bilər”

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Mohammed Kadirinin Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının XV turunda “Səbail”lə matçda qələbəyə yaxın olsaz da, sonda 3 xalı əldən verdiz. İtirilən 2 xalı nə ilə əlaqələndirmək olar?

- Matça çox fəal başladıq. Erkən qol da vurduq. Bundan sonra hesab arasındakı fərqi artırmaq üçün xeyli şanslarımız oldu. Təəssüf ki, onları dəyərləndirə bilmədik. Yekunda isə ani diqqətsizlik xal itkisinə gətirib çıxardı. Düşünürəm ki, bəxtimiz gətirmədi və 2 xal itirdik.

- Yəni xal itkisini sırf qaçırılan qol epizodları ilə əlaqələndirirsiz?

- Bəli. Çünki xeyli şansımız oldu. İkinci qolu vursaydıq, qalib gələcəkdik.

- Baş məşqçiniz Azər Bağırov oyunsonrası mətbuat konfransında xal itkisinə görə hücumçuları günahlandırıb...

- Baş məşqçi düz deyir. Xeyli şansımız oldu. İkinci qol vura bilmədik. Halbuki vaxtında fərqlənsəydik, indi başqa şeylər barədə danışardıq.

- Bir neçə qol epizodunu qaçıran Orxan Əliyevə çox əsəbisiz?

- Yox, kimisə günahlandırmıram. Qələbə qazana bilməmişiksə, bunda hamımızın günahı var. Səhvlərimiz üzərində işləməliyik. Daha çox çalışmalıyıq ki, eyni səhvləri bir daha təkrarlamayaq.

- İlk dövrədə də “Səbail”ə qarşı yaxşı oynasaz da, uduzmuşduz. Bu, bəxtsizlkdir, yoxsa?..

- Bəli, bəxtsizlikdir. Çünki səfər matçında meydanda rəqibi üstələyirdik. O matçda qaçırılan qol şansları məğlubiyyətə gətirib çıxardı.

- Baxımlı qola imza atdız. Həmin epizodda topu qəbul edərkən artıq zərbə endirəcəyinizi qətiləşdirmişdiz?

- Qapıya zərbə endirməyi nəzərimdə tutmuşdum. Bu, mənim gücümdür. Balaca bir şansım varsa, mütləq ondan faydalanmağa çalışıram.

- Səfərdə “Qəbələ” ilə oyundan sonra sizə həmin matçda vurduğunuz qolun “Ayın qolu” seçilmə ehtimalı barədə sual ünvanlamışdım. Qeyd etmişdiz ki, buna inanırsız. Yekunda da həmin qol həqiqətən də ən yaxşı seçildi. “Səbail”ə vurduğunuz qolun qalib olmaq ehtimalı nə dərəcədə realdır?

- Bəli, mümkündür. Pis qol deyil. Yenə də ayın ən yaxşı qolunun müəlifi ola bilərəm. Lakin düşünürəm ki, hələ bu barədə danışmaq bir qədər tezdir. Çünki bu, ayın ilk turudur.

- Növbəti turda “Zirə” ilə qarşılaşacaqsız...

- “Zirə” yaxşı komandadır. İlk dövrədə onları məğlub etmişdik. Bu dəfə də eyni nəticəni təkrarlamağa çalışmalıyıq.

- Ardıcıl 4 turdur qələbə qazana bilmirsiz. Buna görə də “Araz-Naxçıvan”da eniş olduğunu söyləyə bilərik?

- Komandada eniş yoxdur. Sadəcə bir qədər bəxtimiz gətirmir. İnanıram ki, növbəti turlardan etibarən qələbələri sıralayacağıq.

- “Araz-Naxçıvan”da maliyyə probleminin əmələ gəldiyi, maaş və mükafatların yubanması barədə yayılan xəbərlər nə dərəcədə doğrudur?

- Yox, belə bir şey yoxdur. Maaşlarımızı vaxtında alırıq. Maliyyə baxımından komandada sıxıntı yoxdur.

İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31