3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Elvin Bədəlov: “Heç-heçəni ədalətli nəticə saymaq olar”

“Tovuz səfəri bütün komandalar üçün çətin keçir. Burada oynamaq heç də asan deyil. Biz də çətinliklə üzləşdik. Erkən qol vurmağımız xeyrimizə oldu”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlov Azərbaycan Premyer Liqasının XV turunda səfərdə “Turan Tovuz”la heç-heçə (2:0) etdikləri oyun barədə danışarkən deyib.

O, nəticənin ədalətli olduğunu bildirib: “Hesabda 2:0 öndə olsaq da, yenə də təzyiq hiss edirdik. İkinci hissəyə çox pis başladıq. Təzyiqə dözə bilmədik. Hesab bərabərləşəndən sonra bir qədər özümüzə gəldik. 2:2-dən sonra bizim də, rəqibin də fərqlənmək üçün şansları var idi. Heç-heçəni ədalətli nəticə saymaq olar”.

Bədəlov cari mövsümdə ilk dəfə fərqlənməsindən də söz açıb: “Mənim üçün qol vurub-vurmamağım önəmli deyil. Düzdür, fərqləndiyim üçün sevinirəm. Amma komandanın nəticə qazanması daha önəmlidir. Bu oyunda qalib gəlsəydik, daha yaxşı olardı”.

O, karyerasında üçüncü dəfə fərqləndiyini söyləyib: “Bəli, məncə də, karyeramda üçüncü qolumdur. Yəni elə də çox fərqlənməmişəm. Çünki mənim əsas işim müdafiədir”.

28 yaşlı futbolçu qeyd edib ki, “Sumqayıt”ın “Turan Tovuz”la matçda erkən qol vurmasında təəccüblü heç nə yoxdur: “Startda aktiv oyun sərgiləyirik. “Zirə” ilə matçda da belə olmuşdu. O görüşdə də əvvəldə fərqlənə bilərdik. Tovuza qələbə üçün gəlmişdik. Ona görə də erkən qol vurmağımız təəccüblü deyil”.

“Sumqayıt”ın müdafiəçisi ikinci hissənin əvvəlində ardıcıl 2 qol buraxmalarının nə ilə bağlı olması haqda sualı belə cavablandırıb: “Məncə, konsentrasiyamız bir qədər itdi. Çünki rəqib eyni oyunu sərgiləyirdi. İlk hissədə də uzun toplarla oynayırdılar. Rəqibin bu cür futbol sərgiləyəcəyini bilirdik. Buna uyğun da hazırlaşmışdıq. Sadəcə diqqətsizlik etdik. Xüsusən ikinci qolda bir qədər gecikdik”.

Bədəlov ilin sonuna kimi keçiriləcək son 3 turun oyunlarında da danışıb: “3 matçdan ikisini evdə keçirəcəyik. “Qarabağ” və “Səbail”i qəbul edəcək, eləcə də Tovuzda “Kəpəz”in qonağı olacağıq. Bu matçlarda konkret neçə xal yığacağımız barədə danışmaq çətindir. Həm də biz oyundan-oyuna irəli baxırıq. Qrafik çətindir, üstəlik, kubok oyunu da var. Odur ki, son 3 turda maksimum xal yığmağa çalışacağıq”.

Fərəc ASLANOV, Tovuz




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31