29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Diniyev: “Əsəbi futbol oynayırdıq”

"Oyun gərgin və əsəbi getdi. Sürətin azlığı, tempin olmaması görünürdü. Məncə, biz ilk 15 dəqiqəyə yaxşı başladıq, iki qol vəziyyətdən istifadə etsəydik, oyun tamamilə başqa formada gedəcəkdi. Sadəcə futbolçularımızın kobud səhvindən sonra qol buraxdıq və toparlana bilmədik, əsəbi futbol oynayırdıq. Futbolçularım bacardıqlarını da edə bilmirdilər".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 15-ci turunda "Araz Naxçıvan"la oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.

"Elə futbolçumuz var ki, texniki cəhətdən idealdır, amma o sarıdan da problemi olurdu. Ad çəkmək istəmirəm. Komanda sanki bataqlığa batdı, amma çıxa bilmədi. Fasilədə də istədim ki, oyunçularımın psixoloji durumunu yaxşılaşdırım, sakitləşdirim onları. Ki, ayaqları işləyə bilsin. Bu da alınmadı. İkinci yarıda oyunun tempi hər dəfə düşdükcə, dəqiqələr getdikcə, futbolçularda vahimə yaşanırdı, təşviş var idi. Bu da futbol oynamağımıza imkan vermədi. Bir xal bizim üçün vacibdir. Turnir cədvəli baxımından belədir. "Araz-Naxçıvan"a gələcəkdə uğurlar azrulayıram və oyuna görə onlar təşəkkür edirəm", - deyə o bildirib.

Təcrübəli mütəxəssis bir xal qazandıqlarını söyləyib: "15 oyunu analiz edəndə, bəlkə də pis oyunumuzun üç dənə olduğu görünür. Bunlar "Qəbələ" ilə səfərdəki, "Araz-Naxçıvan"la evdəki və bu gün oynadığımız oyundur. Bilmirəm, yəqin ki, tempi, sürəti tuta bilməmişik. Dəqiq sizə cavab verə bilməyəcəm. Nə desəm, yalan olar. Amma sizinlə tam razıyam ki, layiqli, yaxşı futbol oynaya bilmədik".

Baş məşqçi komandanın futbolçusu Aleksandr Ramalinqomun bu gün də aktiv olmaması haqda deyib: "Bilirsiz, mən heç vaxt səbəb axtarmıram. Səbəb varsa, onun ən böyüyü özüməm. Futbolçularımız zədəlidir. Ağabala Ramazanov, Cabir Əmirli, Süleyman Əhmədovun olmaması, Yusif Nəbiyev zədəli-zədəli, David Qomisin isə ağrıkəsici oyunlara çıxır. Kiçik komandada bu qədər itki böyük məsələdir. Tam formada deyilik. Formada olmamağımızın səbəbi zədəlilərin tam formaya düşməməsidir. Zaman azdır. Ramalinqoma gəlincə, çox keyfiyyətli forvarddır. Ancaq formada deyil. Yəqin ki, bir həftədən sonra daha yaxşı Ramalinqom görəcəyik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30