9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“Neftçi” “Zenit”lə oyundan əvvəl fan zona təşkil edir: Abışovla avtoqraf sessiyası reallaşacaq

Noyabrın 18-i saat 21:00-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” - “Zenit” (Sankt-Peterburq, Rusiya) yoldaşlıq oyunundan əvvəl fan zona təşkil olunacaq.

Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, fan zona çərçivəsində saat 19:00-dan etibarən stadionda yerləşən fan mağazada “Neftçi”nin yetirməsi, “Flaqman”ın və Azərbaycan milli komandasının sabiq üzvü Ruslan Abışovla avtoqraf sessiyası reallaşacaq.

Bundan əlavə, fan zonaya basketbol yarışı, “face art”, masaüstü futbol, rodeo öküzü kimi əyləncəli tədbirlər də daxildir.

Qeyd edək ki, keçən ay karyerasını başa vuran Abışov “Zenit”lə görüşdə vida matçına çıxacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31