9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

İsveçin hücumçusu millimizlə oyun haqda: “Bu, fəlakət idi”

“Bu fəlakət idi, belə şey baş verməməli idi”.

Futbolxeber.az saytının məlumatına görə, bunu İsveç millisinin hücumçusu Viktor Dyekereş Azərbaycan yığmasına 0:3 hesabı ilə uduzduqları AVRO-2024-ün seçmə mərhələsinin oyunu barədə danışarkən deyib.

Portuqaliya təmsilçisi “Sportinq”də çıxış edən 25 yaşlı futbolçu oyunun taleyinin erkən həll olunduğunu bildirib: “Rəqib ilk 6 dəqiqədə iki qol vurdu. Bundan sonra mübarizə aparmaq çox çətin idi. Kifayət qədər yaxşı oynamadıq və qol şansları yaratmadıq”.

Qeyd edək ki, F qrupunda yer alan İsveç və Azərbaycan yığmaları 7 xalla müvafiq olaraq 3-4-cü pillələrdə qərarlaşıblar. Milli komandamız son turda Belçikanın qonağı olacaq, skandinavlar isə Estoniyanı qəbul edəcəklər. Hər iki qarşılaşma noyabrın 19-da gerçəkləşəcək.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31