9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Ölkə futbolu

Mahir Emreli: "De Byazi oyundan əvvəl də qələbəmizə inanırdı"

"Oyundan sonra paltardəyişmə otağında coşqulu anlar yaşanırdı. Bu qələbəyə görə çox sevinirik. Ümid edirəm ki, Belçika səfərində də qələbənin ardını gətirə biləcəyik". 
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri milli komandamızın hücumçusu Mahir Emreli Avro-2024-ün seçmə mərhələsində İsveş üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edərkən deyib.
 
Matçdan sonra jurnalistlərin suallarını cavablandıran Emreli meydana yalnız qələbə üçün çıxdıqlarını bildirib: "De Byazi oyundan əvvəl də qələbəmizə inanırdı. Hamımızın da fikrində yalnız qələbə var idi. Meydana yalnız və yalnız 3 xal üçün çıxmışdıq. Qarşılaşmadan sonra baş məşqçimiz bizi təbrik etdi və dedi ki, belə komandam olduğu üçün fəxr edirəm". 
 
O, milli komandamızın son zamanlar inamlı təsir bağışladığını qeyd edib: "Millimizin son oyunlarını yəqin ki, hər kəs izləyib. İstər Belçika, istər Estoniya, istər Avstriya, istərsə də bugünkü İsveç matçı - bu oyunların hamısında rəqibdən üstün futbol sərgiləmişik. Doğru yoldayıq. Ona görə də düşünürəm ki, geci-tezi nəticə də gələcək. Çalışçalıyıq ki, bu tempi qoruyub saxlayaq". 
 
İbrahim CƏFƏROV



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31