9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Azər Bağırov: “Araz-Naxçıvan”da maliyyə baxımından problem yoxdur”

“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırovun Futbolxeber.az saytına müsahibəsi

 

- 3 günlük istirahətin ardından artıq məşqlərə başlamısız. Komandada ümumi vəziyyət necədir?

- Hər şey qaydasındadır. Bəli, məşqlərə də başlamışıq. Legionerlər artıq düşərgəmizə qayıdıb. Hər şey öz axarı ilə davam edir.

- Mövsümdə ilk dəfə ardıcıl 2 oyunda xal qazana bilmədiz. Bu məqam futbolçularda ruh düşkünlüyü yaratmayıb?

- Əlbəttə, hər bir məğlubiyyət komandaya təsir edir. Bunun öhdəsindən gəlməliyik. Bizim əsas işimiz komandamızı növbəti oyuna kökləməkdir. Düşünürəm ki, "Neftçi" ilə oyuna qədər bunları edəcəyik.

- Yəqin ki, istirahət müddətində son 2 oyunu daha dərindən analiz etmisiz. Bu yenilgiləri nə ilə əlaqələndirmək olar?

- Məğlubiyyətlərimizi təhlil etmişik. Çempionatda yeni yığılan komandayıq. Bu səbəbdən axsamalar olacaq. Bunun da öhdəsindən gəlməliyik. 11 tur komanda çox yaxşı performans göstərdi. Boşluqların daha tez üzə çıxmasını gözləyirdik. 11 tur yaxşı davam etdikdən sonra növbəti 2 turda boşluqlar oldu. "Kəpəz"lə oyunda çoxsaylı qol epizodu yaratsaq da, fərqlənə bilmədik. Biz elə bir komanda deyilik ki, bütün oyunlarda rəqibə qapımız qarşısında təhlükəli hücum yaratmaq şansı verməyək. Rəqib qapımız qarşısında 1 epizod yaratdı və həmin epizodda da fərqləndi. Nəticədə həmin matçda məğlub olduq.

- Əvvəlki fasilə müddətlərindən fərqli olaraq bu dəfə yoxlama oyunu keçirmədiz. Bu dəfə fərqli qərar qəbul olunmasına səbəb nədir: rəqib tapa bilmədiz, yoxsa..?

- Yoxlama görüşü keçirməməyizə əsas səbəb kubok matçıdır. Düşündük ki, qarşıdan gələn kubok oyunu üçün özümüzü sığortalasaq, daha yaxşı olar.

- Növbəti turda “Neftçi” ilə üz-üzə gələcəksiz. Bu matçdan nə gözləyirsiz? Yəqin ki, rəqibin “Zenit”lə yoxlama matçının izləyəcəksiz.

- "Neftçi" - "Zenit" matçını izləyib öz təhlillərimizi aparacağıq. Ancaq düşünmürəm ki, "Neftçi" həmin oyunda hər şeyi göstərəcək. Sadəcə matçı izləmək olar. Maraqlı görüş olacaq.

- Son zamanlar mətbuatda, sosial şəbəkələrdə “Araz-Naxçıvan”da maliyyə problemleri olduğu, klubun qələbələrə görə mükafat almadığı barədə xəbərlər yayılıb və son 2 məğlubiyyət də məhz bu məqamla əlaqələndirilir. Həqiqətənmi belədir?

- Şükürlər olsun ki, maliyyə baxımından bir problemimiz yoxdur. Hər şey qaydasındadır.

- Millimizin bugünkü oyunundan nə gözləyirsiz?

- Bu gün millidən ən azı bərabərlik gözləyirəm. Yaxşı, mübarizə dolu matç keçəcəyinə əminəm. Fürsətdən istifadə edib milli komandamıza uğurlar arzulayıram.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31