9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Lunyovun durumuna aydınlıq gəldi

"Qarabağ"ın zədəli qapıçısı Andrey Lunyovun durumuna aydınlıq gəlib.

Futbolxeber.az saytının TASS-a istinadən verdiyi məlumata görə, ötən gün UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Bayer Leverkuzen"lə görüşdə (0:1) zədələnən rusiyalı qolkiper təxminən 14 gün yaşıl meydanlardan kənarda qalacaq. Bu haqda Ağdam təmsilçisinin həkimi Gena Kislari bildirib. O, qapıçının Rusiya millisinin qarşıdakı təlim-məşq toplanışına da qatıla bilməyəcəyini qeyd edib.

Qeyd edək ki, Lunyov bu mövsüm "Qarabağ"ın heyətində 9 oyunda iştirak edib, 9 qol buraxıb.

Əlavə edək ki, noyabrın 20-də Rusiya millisi Kuba ilə yoldaşlıq oyunu keçirəcək. Görüş Volqoqradda baş tutacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31