3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Mutu: "Qələbəyə layiq idik"

"Komandam yaxşı çıxış etdi. Aqressiv idik. Məni sevindirən odur ki, çoxlu qol eizodları yaratdıq, Qələbəyə layiq idik".

Futbolxeber.az saytının məlumaıtna görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Adrian Mutu Azərbaycan Premyer Liqasının 12-ci turunda bu gün səfərdə "Qəbələ"yə qalib gəldikləri oyunundan (2:0) sonra keçirilmiş mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis Qəbələdəki futbol infrastrukturu ilə bağlı danışıb: "Bura mənim üçün tanışdır. Bir neçə gün Qəbələdə qalmışıq. Hər şey çox yaxşıdır, klubun yaxşı infrastrukturu var. Qəbələ şəhəri də xoşuma gəlir".

Mutu "Neftçi"nin qol vurmaqda çətinlik çəkməsi ilə bağlı sualı da cavablandırıb: "Bəli, çoxlu epizodlar yaradırıq. Rəqib qapısı qarşısında daha diqqətli olmalıyıq. Bunu həll etməyin yolu çox çalışmaqdır. Zamanla aradan qaldıracağıq".

O, zədələnərək əvəzlənən futbolçusu Aaron Olanarenin durumu haqda deyib: "Əzələ problemi idi. Ümid edirəm ki, ciddi zədə almaz. Tez-tez meydança dəyişəndə belə hallar olur. Bəzən süni örtükdə oynayırıq, bəzən təbii örtükdə. Hər yerdə Qəbələdəki kimi meydançalar olsa, mükəmməl alınardı".

Rumın mütəxəssis "Qışda hücumçu transferi istəyəcəksiz?" sualını belə cavablandırıb: "İndi bu haqda danışmaq düzgün deyil. Komandanı təhlil edəcəyik. Oyunçulardan tələblərimiz yüksəkdir. Çünki, böyük klubuq. Onlar "Neftçi"nin səviyyəsində oynamalıdırlar".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31