3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Samir Abasovdan qələbə şərhi

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 12-ci turunda "Araz-Naxçıvan"a 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, o, ilk növbədə azarkeşlərə təşəkkür edib: “Möhtəşəm idilər. Azarkeşlərimiz bugünkü qələbədə böyük pay sahibidirlər. Son oyunda xal itirdiyimiz üçün üzərimizdə təzyiq var idi. Həm də itkilərimiz olmuşdu. Oyunun gedişatı göstərdi ki, itkilərimizin yerini doldura bildik. Futbolçularımıza təşəkkür edirəm, yaxşı oynadılar. Kimlərəsə bu qələbə təəccüblüdürsə, deməli, futboldan anlayışı budur. Layiqli qələbə qazandıq. Son oyunlarda inkişafdayıq".

O, matç bitən kimi klub prezidenti ilə görüşməsinin səbəbi ilə bağlı söyləyib: "Sabahkı planlarımızla, futbolçuların bərpası ilə bağlı idi. Bilirsiz ki, biz bərpanı burada keçirik. Sabah üçün başqa şeylər istədik. 8 gündə 3 oyun keçirdik. Millidən gələnlər 13-14 gündə 5 matça çıxıblar. Klub tərəfindən heç bir istəyimiz rədd edilməyib".

Mütəxəssis ünvanladığı fikirlərin onu tənqid edən jurnalistlərə aid olub-olmadığı ilə əlaqədar deyib: "Xeyr. Bilmirəm kim məni tənqid edir. Sadəcə mən anlamıram ki, təəccüb nədən irəli gəlir. "Sumqayıt"ın qələbələrinin təəccüblü olmasını bir futbol adamı kimi anlamıram, anlamaq da istəmirəm".

S.Abbasov daha sonra vurğulayıb: "Bizim bəlamız da budur, turnir cədvəlinə görə analiz olunur. Xal fərqinə baxın. Bizim ikinci yerdə olan "Zirə" ilə 3 xal fərqimiz var. Əgər hər şeyi turnir cədvəli ilə ölçəcəksizsə, atın bu peşəni".

Baş məşqçi komandanın futbolçusu Kasimir Ninqanın durumu ilə sualı belə cavablandırıb: "Ona xüsusi təşəkkür düşür. O ağrılarla oynayasan, özün də legioner olasan. Elə legionerlər var ki, dırnağına qara düşən kimi deyir zədəliyəm. Bəlkə də onu ilin sonuna kimi itirdik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31