29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Roderik Miller: “İdarəetmə sistemi “Turan Tovuz”un böyüməsi üçün əsas sütundur”

“Turan Tovuz”un müdafiəçisi Roderik Millerin Futbolxeber.az saytına müsahibəsi

 

- “Turan Tovuz” bu mövsüm ilk ev qələbəsini XI turda “Kəpəz” üzərində qazandı. Doğma azarkeşlər önündə qələbənin bu qədər yubanmasına səbəb nədir?

- Düşünürəm ki, əvvəlki turlarda da pis çıxış etmirdik. Amma futbol sürprizlərlə zəngindir. Hər şey sənin əvvəlki matçlarda itirdiyin şanslara necə yanaşmağından asılıdır. Hazırda biz özümüzdə güc tapmışıq və şükürlər olsun ki, evdə qələbə qazanaraq azarkeşlərimizi xoşbəxt edə bildik. İnanıram ki, bunun ardını gələcək.

- Artıq Tovuz stadionunda işıqlandırma sistemi quraşdırılıb və 2 turdur axşam saatlarında oynayırsız. Nə dərəcədə fərq hiss edirsiz?

- Oyunları axşam saatlarında, projektorlar altında keçirmək həqiqətən gözəldir. Düşünürəm ki, bu atmosfer əvvəlkindən daha yaxşıdır. Belədə həm üzmüzə günəş düşmür, həm də erkən saatlarda, istidə oynayıb daha çox yorulmuruq.

- Geridə qalan 11 turu “Turan Tovuz” üçün necə dəyərləndirmək olar?

- Komandamız inkişaf mərhələsindədir. Bizim xal itkilərimiz oldu, həmçinin zədəlilərimizin olması bəzən oyun planına təsir edir. Bununla belə, indiki durumumuz da pis deyil. Düşünürəm ki, bizim daha çoxunu etməyə gücümüz var.

- Azarkeşlər ötən illə müqayisədə heyətin güclənməsini əsas gətirərək komandanın bu mövsüm avrokuboklar uğrunda mübarizə aparmalı olduqlarını düşünürlər. Razısız bu fikirlə?

- Hər şey hazırlıq və çalışmaqdan asılıdır. İnanıram ki, biz böyük nailiyyətlər əldə edəcəyik, ancaq addım-addım, özünəinamla bu hədəflərə çata bilərik.

- Müdafiəçi olsanız da, tez-tez hücumlara qoşulur, qollar vurursuz. Çıxışınızdan nə dərəcədə razısız?

- Bəli, müdafiəçi olaraq burdayam, amma əlimə fürsət düşdükcə, xüsusilə künc zərbələri zamanı ən yaxşısını etməyə çalışıram. Çünki hündürboy olmaq və yaxşı mövqe seçməyimlə düzgün anda komandama kömək ola bilirəm. Fərqləndiyim üçün sevinirəm və Tanrıya öz minnətdarlığımı bildirirəm. Öz üzərimdə durmadan işləyirəm. Meydanda komandama son qanımı verə biləcək qədər döyüşəcəm.

- Artıq ikinci mövsümdür “Turan Tovuz”dasız. Komandadakı inkişafı nə dərəcə hiss edirsiz? “Turan Tovuz” ildən ilə inkişaf edir deyə bilərik?

- Əminəm ki, "Turan Tovuz" böyüyür. Düşünürəm ki, idarəetmə sistemi komandanın böyüməsi üçün əsas sütundur.

- Cari mövsüm Azərbaycan Premyer Liqasının gedişatını necə dəyərləndirirsiz? Çempionatda rəqabət artıb?

- Hazırda çempionatda yaxşı rəqabət var. Klublar buy ay transferlərə yaxşı pullar xərcləyiblər və bu da liqanın səviyyəsini daha da artırır. Bəli, Premyer Liqanın səviyyəsi daha da yüksəlib.

- Azərbaycandakı həyatınızdan, şəraitdən razısız?

- Ölkə haqqında fikirlərim müsbətdir. Burada özümü çox yaxşı hiss edirəm. Azərbaycan gözəldir və ölkəni çox bəyənirəm.

- Tovuzlu azarkeşlər daim komandaya çox güclü dəstək olur. Fanatlara nə demək istərdiz?

- Azarkeşlərin dəstəyi bütün məqamlarda bizim inkişafımız üçün zəruridir. Onlara bizi cəsarətləndirdiklərinə və komandanı daha çoxunu edə biləcəyinə inandırdıqlarına görə öz təşəkkürümü bildirirəm.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30