29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Gənc boksçular arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib

Gənc boksçular arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, tədbir torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 
Parad keçidindən sonra Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov çıxış edib. O bildirib ki, son yarışla müqayisədə həm iştirakçı, həm də komanda sayında artım var. Hüseynov qeyd edib ki, birinciliyə döyüşlərin daha obyektiv və ədalətli keçirilməsi üçün ölkə xaricindən supervayzer və IBA-nın 3 ulduzlu 2 hakimi dəvət edilib.
 
Dövlət Himni səsləndirildikdən sonra yarış açıq elan olunub.
 
Qeyd edək ki, Boks Mərkəzində təşkil olunan yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək. Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 59 komandadan 227 oğlan boksçu qatılıb. Qaliblərin adına noyabrın 6-da aydınlıq gələcək.
 
Birinciliyin supervayzeri serbiyalı Draqolyub Radoviç, baş hakimi Anar Babanlıdır. Özbəkistanlı Aleksandr Hamidov və qırğızıstanlı Jamila Borkoyeva münsif funksiyasını yerinə yetirəcəklər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30