29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Azərbaycan futbolunda qalmaqal

“HAKİM FUTBOLÇUMUZU TƏHQİR EDİB, İDMANÇI ŞƏRƏF VƏ LƏYAQƏTİNİ ALÇALDAN İFADƏLƏR İŞLƏDİB”

Dünən II Liqanın IX turu çərçivəsində keçirilən "Göygöl" - "Şəki Siti" oyununda qalmaqal yaşanıb.

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, matçın 83-cü dəqiqəsində baş hakim Rövşən Rəcəbov oyunu yarımçıq dayandırıb. Meydan sahibi komandanın hakimə davamlı etirazları buna səbəb olub. Nəticədə R.Rəcəbov və köməkçiləri polisin müşayiəti ilə meydanı tərk edib.

Qeyd edək ki, həmin vaxt hesab 2:1 "Şəki Siti"nin xeyrinə olub. İkinci hissədə "Göygöl"ün 3 futbolçusu qırmızı vərəqə alıb. Həmçinin baş məşqçi Araz Mansurov da texniki zonadan uzaqlaşdırılıb.

Məsələ ilə bağlı yekun qərarı AFFA İntizam Komitəsi verəcək.

"Göygöl" klubu isə insidentlə əlaqədar bəyanat yayaraq baş hakimi günahlandırıb:

"80-ci dəqiqədə hakimin ədalətsiz qərarına etiraz edən futbolçumuz Vüqar Əşrəfliyə qırmızı vərəqə verilib. O, meydanı tərk edərkən hakim Rövşən Rəcəbov onu təhqir edib, idmançı şərəf və ləyaqətini alçaldan ifadələr işlədərək onu konfliktə təhrik edib. Bundan sonra tərəflər arasında mübahisə başlayıb".

Qeyd edilib ki, daha sonra hakim Rövşən Rəcəbov oyun zamanı asayişdən məsul olan polis əməkdaşlarının təhlükəsizliyi təmin edə bilməməsini iddia edərək oyunu yarımçıq saxlayıb. Sənəddə baş hakimin kobud səhvlərə yol verdiyi qeyd edilib və onun cəzalanması, matçın yenidən təşkil edilməsinin vacibliyini bildirilib. Bununla bağlı AFFA-ya rəsmi müraciət ediləcəyi də qeyd olunub.

Bəyanatda hakimin "Göygöl"ün futbolçularına verdiyi qırmızı vərəqələrin şübhə doğurduğu da bildirilib: "Son dövrlərdə Azərbaycan futbolunda aparılan islahatlara kölgə salan belə halların yolverilməz olduğunu, məsələnin AFFA İntizam Komitəsi tərəfindən nəzarətə götürülməsini xahiş edir, ədalətli qərar verəcəyinə inamımızı bildiririk".

Bəyanatın sonunda qeyd olunub: "Göygöl" Futbol Klubu daima ədalət tərəfdarı olub, atdığı bütün addımlar zamanı ilk öncə dürüstlük, idman prinsipləri, layiqli oyun nümayiş etdirilməsini istəyib. Futbolçularımızın bundan öncəki matçlarda da qırmızı vərəqələr aldığı məqamlar da olub, bunu təbii qiymətləndirərək heç bir etiraz etməmişik. Lakin qərəzli halların ardıcıl baş verməsinin üzücü bir tendensiyaya çevrilməsi bizi narahat edir. Məsələ ilə bağlı videofaktlar klubumuz tərəfindən aidiyyati üzrə təqdim etmək üçün hazırdır".

Peşəkar Futbol Liqasının texniki idman departamentinin rəhbəri Elgiz Abbasov Qol.az saytına bildirib ki, oyundakı hadisə ilə əlaqədar təmsil etdiyi qurumun açıqlaması olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30