29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Arif Əsədov: “Hazırkı eniş "Qarabağ" üçün müvəqqətidir”

“HAZIRDA "NEFTÇİ"DƏ QEYRİ-STABİLLİK HÖKM SÜRÜR”

Milli komandamızın məşqçisi Arif Əsədovun Fubtolxeber.az saytına müsahibəsi

 

- Premyer Liqanın XI turu çərçivəsində “Araz-Naxçıvan”ın “Qarabağ” üzərində qələbə qazanması sizin üçün nə dərəcədə gözlənilməz oldu?

- Təbii ki, "Qarabağ" hazırda Azərbaycanın ən yaxşı klublarındandır. "Araz-Naxçıvan" isə bu il güclülər dəstəsinə qatılsa da, adından söz etdirməyi bacarır. Odur ki, hesabı gözlənilməz adlandırmazdım. Ağdam təmsilçisinin mövcud durumu bu nəticəni sensasiya kimi qiymətləndirməyə imkan vermir. Bu cür hallar olur. Xüsusilə, “Qarabağ” iki cəbhədə mübarizə aparanda komanda daha çox Avropa Liqasına fikir verir. Belədə çempionat matçlarında müəyyən rotasiyalar aparılır. Komanda çempionatın müəyyən qismini demək olar ki, bu səbəbdən qurban verir. Çoxları nəticəni sürpriz kimi qiymətləndirsə də, "Araz-Naxçıvan" layiqli qələbə qazandı. Komanda birlik göstərib çox vacib 3 xal əldə etdi.

- Son 3 matçda qələbə qazana bilməyən “Qarabağ”ın enişdə olmasını söyləmək mümkündür?

- 3 oyuna görə "Qarabağ"da eniş olduğunu deməzdim. Sadəcə bu dövrdə iki cəbhədə mübarizə, müdafiədə zədəlilərin olması bir qədər çətinlik yarada bilir. Bütün bu amillər komandanın oyuna təsir göstərir. Bu səbəbdən hazırkı eniş "Qarabağ" üçün müvəqqətidir.

- Bu vəziyyətdə Ağdam klubunun Bakıda “Bayer Leverkuzen”dən heç olması 1 xal alması nə dərəcədə realdır?

- İlk oyunda "Bayer Leverkuzen" göstərdi ki, çox güclü heyətə malikdir. Son dövrlərdə ulduz futbolçu olmadan belə mübarizə aparan komandaya nadir hallarda rast gəlinir. Bu gün "Bayer Leverkuzen" oyun üslubuna görə "Mançester Siti"dən geri qalmır. "Qarabağ"ın Almaniya təmsilçisi ilə Bakıdakı oyunda xal götürməsi mümkündür. Amam bunun üçün komanda toparlanıb bütün gücünü meydanda qoymalıdır.

- Mövsümün startından öncə “Araz-Naxçıvan”ı çoxları aşkar autsayder qismində görsə də, 11 turdan sonra komanda liderdən cəmi 1 xal geri qalır. Uğurlu çıxışı nə ilə izah etmək olar?

- Bu mövsüm çempionat özəl gedişatı ilə seçilir. Bir çox gözlənilməz komanda liderlər qrupunda yer alır. Tək "Araz-Naxçıvan" yox, "Səbail" də bu mövsüm baxımlı oyun sərgiləyir. Halbuki ötən il bu klub liqada qalmaq üçün mübarizə aparırdı. Ötən mövsüm iddialılar sırasında olan "Qəbələ", "Sabah", "Neftçi" bu mövsüm çətin durumdadır. Ola bilər, mövsümün ikinci yarısında gedişat dəyişsin. Naxçıvan təmsilçisinin hazırlıq dönəmi yaxşı olmasa da, komanda uğurlu transferlər həyata keçirib. Yeni futbolçuların güclü tərəflərini baş məşqçi tez bir zamanda aşkar edib. Bu da nəticələrdə özünü göstərir. “Araz-Naxçıvan” həqiqətən də komanda şəklində çox uğurlu çıxış edir.

- Ötən şənbə “Zirə” - “Səbail” matçını stadiondan canlı izlədiz. Bu görüş barədə nə deyə bilərsiz?

- Bəli, ümumilikdə çalışırıq ki, hər oyunda iştirak edək. "Zirə" liderdir və "Səbail"lə maraqlı, bol qollu matç izlədik. İki fərqli hissə oldu. Birinci 45 dəqiqədə üstünlük "Səbail" tərəfdə olsa da, ikinci hissədə "Zirə" daha yaxşı oyun göstərdi. Ona görə də nəticəni ədalətli hesab edirəm.

- “Neftçi” bu tur yenə xala həsrət qaldı. “Ağ-qaralar”ın qeyri-stabilliyində Adrian Mutunun günahı nə dərəcədədir?

- Deyərdim ki, hazırda "Neftçi"də qeyri-stabillik hökm sürür. Baş məşqçi çempionat ərəfəsində gəlib. Hazırlıq dönəmi keçməyib. Tez-tələsik transferlər edildi. Ona görə də hazırda komanda optimal heyəti formalaşdıra bilməyib. Ardıcıl 2-3 oyunda eyni start heyətini meydanda görə bilmirik. Tez-tez dəyişikliklər edilir. Belə olan halda qeyri-stabillik qaçılmaz haldır. Ümid edirəm ki, getdikcə möhkəmlənib "Neftçi" də çempionluq yarışında "Qarabağ"la mübarizə apara biləcək.

- Mütəmadi olaraq çempionat oyunlarını izləyirsiz. Millinin qarşıdakı toplanışında yığmada yeni adlar görə biləcəyik? Məsələn, “Araz-Naxçıvan”da özünü yaxşı tərəfdən yerli uşaqlar var.

- Millinin qapısı bütün futbolçulara açıqdır. Turnir cədvəlindəki yerindən asılı olmayaraq bütün komandaların oyunlarını izləyib yerli oyunçuları nəzərdən keçiririk. De Byazi ilə bu haqda söhbətlərimiz olub. Hər bir futbolçu, o cümlədən, "Araz-Naxçıvan"da yer alan oyunçularımız da özlərini yaxşı tərəfdən göstərir. Digərləri kimi, onlar da hər zaman milliyə dəvət ala bilərlər.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30