29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

"Neftçi" və "Qarabağ" 900-ə çatdı

Azərbaycan Premyer Liqasının 11-ci turu “Neftçi” ilə “Qarabağ” üçün əlamətdar olub.

Futbolxeber.az saytının məlumatına görə, hər iki komanda Azərbaycan çempionatları tarixində yubiley - 900-cü matçını keçirib.

1992-ci ildən təşkil olunan yarışın daimi iştirakçısı olan iki klub oyun sayında da mütləq rekordçudur. 32-ci mövsümdə 900-ə çatan yubilyarların ikisi də əlamətdar matçda uduzub. Yubileyini əzəli rəqibindən bir gün əvvəl qeyd edən “Neftçi” öz meydanında “Sabah”a 0:1, “Qarabağ” isə səfərdə “Araz-Naxçıvan”a 1:2 hesabı ilə məğlub olub.

Bu, 900 matçda 518 qələbə qazanıb, 208 heç-heçə edən Ağdam klubunun 174-cü məğlubiyyəti olub. Bakılılar isə 507 qələbə və 198 heç-heçə etdikləri dövrdə 195-ci dəfə xalsız qalıb.

Qeyd edək ki, hər iki komandanın debütü ilk çempionata təsadüf edib. “Qarabağ” 1992-ci il mayın 3-də öz meydanında Sabirabad “İnşaatçı”sına 1:2 hesabı ilə uduzub. Beş gün sonra meydana çıxan “Neftçi” evdə Sumqayıt “Xəzər”inə qalib gəliib (pfl.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30