29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Kristian Avram: “Qarabağ” üzərində qələbə sadəcə növbəti 3 xaldır, vəssəlam”

“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avramın Futbolxeber.az saytına müsahibəsi

 

- Çoxlarının gözləmədiyi halda “Qarabağ” üzərində 2:1 hesablı qələbə qazandınız. Bu qalibiyyəti necə şərh edərdiz?

- Bizim üçün çox yaxşı nəticə oldu. Meydanda çox böyük iş gördük. Həftə boyu bu matça çox ciddi hazırlaşmışdıq. Məşqlərdə bütün gücümüzlə çalışırdıq. Məşqçilər korpusumuza təşəkkür edirəm. Onlar bizi bu qarşılaşmaya çox yaxşı hazırladılar. Rəqib haqda bütün lazımi məlumatları bizə çatdırdılar. Biz də verilən tapşırıqları meydanda maksimum dərəcədə yerinə yetirməyə çalışdıq.

- Azərbaycanın ən güclü klubu və son çempion üzərində qələbə “Araz-Naxçıvan”da arxayınçılıq yaratmayacaq?

- Qətiyyən arxayınlaşmaq olmaz. “Qarabağ” üzərində qələbə sadəcə növbəti 3 xaldır, vəssəlam. Bu qalibiyyəti şişirtməyin əleyhinəyəm. Növbəti matçlara hazırlaşıb, bu tepmdə də davam etməliyik.

- Mövsümün startından öncə çoxları “Araz-Naxçıvan”a autsayder gözü ilə baxsa da, 11 turdan sonra “Qarabağ”la birgə 2-3-cü yerləri bölüşdürürsüz və liderdən cəmi 1 xal geri qalırsız. Uğurun sirri nədədir?

- Bəli, komandamız çox qısa müddətdə toplandı. Amma komandamızın məşqçilər korpusunun uğurlu fəaliyyəti bu gün öz nəticəsini verir. Eləcə də komandadakı futbolçuların hər biri peşəkardır. İşimizi görürük. Gec toplanmağı ciddi problem saymıram. Hər oyuna qələbə üçün çıxırıq. Məşqlərdə də tam gücümüzlə çalışırıq. Yaxşı komandamız var. “Araz-Naxçıvan”da ailə mühiti formalaşıb. Meydanda hər kəs digəri üçün vuruşur. Bütün bunlar da uğura aparır.  

- Bu tempi saxlamaq mümkün olacaq?

- Hazırda turnir cədvəlində mövqeyimiz yaxşı olsa da, cəmi 11 tur geridə qalıb. Qarşıda hələ çox oyun var. Uzun yol qət etməliyik. Biz hər matça 3 xal üçün çıxırıq. Lakin hər görüşdə uğur qazamaq çox çətindir. Bəzi qarşılaşmalarda istədiyimiz nəticələr alınmaya bilər. Oyundan oyuna daha da artırmalı, maksimum gücümüzü meydanda qoymalıyıq. Yekunda nəyə olduğumuzu birgə görəcəyik.

- “Araz-Naxçıvan”ın hədəfi avrokuboklardır?

- Necə deyərlər, iştah yemək zamanı gəlir. Biz peşəkarıq. Təbii ki, hər matça 3 xal üçün çıxırıq. Hazırda turnir cədvəlində yüksək pillədə olmağımız çox xoşdur. İndiki məqamda qalib mentalitetimizi qorumalıyıq.

- Öz oyununuzdan nə dərəcədə razısız? Bu, sizin pik formanızdır?

- Öz oyunumu qiymətləndirə bilmərəm. Yaxşı olar ki, buna futboldan başı çıxan insanlar fikir bildirsin. Hər zaman özümdən daha yaxşısını tələb edirəm. Hələ ki gəncəm. Hər şey irəlidədir. Ona görə də pik formadan söhbət gedə bilməz. Qarşıma hədəflər qoymuşam. İnanıram ki, “Araz-Naxçıvan”la birgə məqsədlərimə çatacam.

- Qarşıdakı turda səfərdə “Sumqayıt”la qarşılaşacaqsınız. Bu rəqibi ilk dövrədə məğlub edə bilməmişdiz...

- İlk növbədə bərpa olmalıyıq. Vaxtımız azdır. Artıq sabahdan (söhbət dünən olub - red.) “Sumqayıt”la matça hazırlaşacağıq. Məşqçilər bizə rəqib barədə lazımi məlumatları verəcəklər. İnanıram səfərdən uğurlu nəticə ilə qayıda biləcəyik.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30