29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Zaur Axundov: “İstərdim ki, Ordubadın da, Şərurun da Premyer Liqada təmsilçisi olsun”

“Maraqlı oyun oldu. Gözlənilməz nəticə qeydə alındı. Qələbə münasibəti ilə “Araz-Naxçıvan”ı təbrik edirəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində keçirilən “Araz-Naxçıvan” - “Qarabağ” oyunu barədə danışarkən AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov deyib.

O, görüşdə ilk növbədə bir naxçıvanlı kimi iştirak etdiyini bildirib: “Bilirsiniz ki, qardaşım Ramin Axundov “Araz-Naxçıvan”ın prezidentidir. Mən isə bu matça AFFA İcraiyyə Komitəsinin üzvü və ilk növbədə bir naxçıvanlı kimi qatılmışam. Odur ki, klubun adından bir söz deyə bilmərəm. Amma bu qələbəni ilk dövrədəki məğlubiyyətin revanşı adlandırmazdım”.   

Z.Axundov indidən Naxçıvan klubunun avrokubok perspektivi barədə danışmağın erkən olduğunu bildirib: “Hələ tezdir. İndidən avrokuboklardan danışmaq olmaz. Çünki bir tərəfdən marafon uzundur. Digər tərəfdən də turnir cədvəlində sıxlıq var. Hər tur bir komanda digərini ötə bilər. Bütün klublara uğurlar arzulayıram. İlk növbədə isə milli komandamıza”.

“Araz-Naxçıvan”ın məqsədləri barədə sualı Z.Axundov belə cavablandırıb: “Araz-Naxçıvan” uzun fasilədən sonra yenidən Premyer Liqaya qayıdıb. Mən bildiyim qədəri ilə komandanın qarşısına hər hansı ciddi məqsəd qoyulmayıb. Hədəf Naxçıvanı Premyer Liqada layiqincə təmsil etməkdir”.

O, Naxçıvan stadionunun son durumundan da söz açıb: “Sənədləşmə işləri artıq başlayıb. Tezliklə digər işlərə də start veriləcək. Hər şey kompleks şəkildə aparılacaq”.

AFFA İcraiyyə Komitəsinin üzvü “Araz-Naxçıvan”ın yenidən Premyer Liqada çıxış etməsini müsbət hal kimi dəyərləndirib: “Naxçıvanlı azarkeş kimi sevinirəm ki, bu gün “Araz” yenə Premyer Liqada oynayır, Naxçıvanı təmsil edir. Ötən mövsüm komanda I Liqada çempion oldu. Hazırda isə Premyer Liqada inamlı təsir bağışlayır. Bu, mənim üçün əvəzolunmaz bir hissdir”.

O qeyd edib ki, komandanın uğurlu çıxışı bölgədə futbolun inkişafına töhfə verəcək: “Sovet dövründə Naxçıvan futbol məkanı olub. “Araz” müxtəlif vaxtlarda aşağı liqada mübarizə aparıb. Naxçıvanda futbolu sevirlər. Komandanın cari mövsümdəki çıxışı gənclərin futbola sevgisini daha da artıracaq”.

Zaur Axundov gələcəkdə Naxçıvanı Premyer Liqada birdən çox klubun təmsil etməsi perspektivinə də toxunub: “Naxçıvanda daxili yarış keçirilir. Qalib Region Liqasında mübarizə aparır. Əlbəttə, istərdim ki, gələcəkdə Ordubadın da, Şərurun da Premyer Liqada təmsilçisi olsun. Naxçıvanın böyük ərazisi, geniş rayonları, müasir şəhərləri var”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30