29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Amputasiya olunmuş şəxslərdən ibarət Azərbaycan millisi Avropa çempionatına vəsiqə qazanıb

Amputasiya olunmuş şəxslərdən ibarət futbol üzrə Azərbaycan millisi 2024-cü ildə Fransada təşkil olunacaq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, komanda buna Avropa Amputant Futbol Federasiyasının təşkilatçılığı ilə Şotlandiyada keçirilən Millətlər Liqasındakı uğurlu çıxış sayəsində müvəffəq olub.

D divizionunda Niderland, Şotlandiya, Albaniya və Kosovo milliləri ilə mübarizə aparan yığma qrupu 2-ci pillədə başa vurub.

Turnirin bağlanış mərasimində komanda Avropa Amputant Futbol Federasiyasının prezidenti Mateuş Vidlak və Şotlandiyanın sosial qayğı və idman naziri xanım Mari Todd tərəfindən gümüş medallar ilə təltif olunub.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizdə düşmən tərəfindən basdırılan minaların partlaması nəticəsində xəsarət alan şəxslərdən ibarət kollektiv Avropa çempionatının final mərhələsində ilk dəfə iştirak edəcək. 16 ölkənin mübarizə aparacağı final mərhələsində dünya çempionu Türkiyə ilə yanaşı, İngiltərə, Fransa, İspaniya, İtaliya, Almaniya və Polşa kimi güclü yığmalar iştirak edəcək.

Azərbaycan millisinin Millətlər Liqasında iştirakı ANAMA və AFFA arasında minadan zərərçəkənlərin cəmiyyətə reinteqrasiyası və futbol vasitəsilə mina təhlükəsinə dair maarifləndirmədə kütləviliyin təmin edilməsi çərçivəsində bağlanılmış qarşılıqlı anlaşma memorandumu əsasında təşkil olunub.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30