29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Nunu Pedro: “Gözəl qol idi, razıyam, amma...”

“Səbail”in yarımmüdafiəçisi Nunu Pedronun Futbolxeber.az saytına müsahibəsi

 

- Əvvəlki turda 6 ardıcıl uğurlu oyundan sonra “Neftçi”yə uduzduz. Həmin yenilgidən sonra “Zirə” ilə matça hazırlaşmaq çətin olmadı?

- Biz peşəkarıq. Nəticədən asılı olmayaraq, ertəsi günü artıq növbəti matçı düşünürük. Fərqi yoxdur, qələbə qazanmışıq, yaxud uduzmuşuq. İstənilən halda növbəti gün qarşıdakı matça köklənirik. Əks halda uğur qazanmaq çətin olar.

- “Zirə” ilə matçda hesabda həm geri düşdüz, həm də önə keçdiz. Yekunda isə 1 xal qazandız...

- Hələ əvvəldən “Zirə” ilə oyunun çətin keçəcəyini bilirdik. İlk dövrədə də belə olmuşdu. Amma buna baxmayaraq, çətin səfərdə yaxşı mübarizə apardıq. Təəssüf ki, qalib gələ bilmədik. Lakin yaxşı rəqibə qarşı çətin səfər oyunundan 1 xal almağı bacardıq ki, bu da pis nəticə deyil.

- Vurduğunuz qolları necə şərh edərdiz?

- Komandama kömək etmək üçün əlimdən gələni edirəm, qol vurmasam belə, qalib gələndə sevinirəm. Bu dəfə fərqlənən mən oldum və buna görə çox xoşbəxtəm. Ümid edirəm ki, gələcəkdə daha çox qol vuraraq komandama faydalı olacam.

- İlk qolunuz çox baxımlı alındı. Peşəkar Futbol Liqası ayın ən yaxşı qolu ilə bağlı müsabiqə keçirir. Necə düşünürsüz, bu qol ayın ən yaxşısı seçilə bilər?

- Gözəl qol idi, razıyam, amma indidən müsabiqə ilə bağlı dəqiq nəsə deyə bilmərəm. Belə bir ehtimal var (gülür).

- “Səbail”ə bu yay transfer olunmusuz. Artıq komandaya tam uyğunlaşmısız?

- Bəli, komandaya da, yeni mühitə də tamamilə uyğunlaşmışam. Heç bir şişirtməyə yol vermədən deyə bilərəm ki, “Səbail”də fantastik insanlar toplaşıb. Bu cür peşəkarların olduğu mühitə uyğunlaşmaq asandır. Məncə, bu, “Səbail”in güclü tərəflərindən biridir.

- Bəs Azərbaycan Premyer Liqasının səviyyəsini necə dəyərləndirirsiz?

- Liqa rəqabətlidir, yaxşı oyunçular və yaxşı komandalar var. Hər matç çətindir və əvvəldən hansısa nəticəni proqnozlaşdırmaq olmur. Çünki meydanda hər şey ola bilər. Turnir cədvəlinin sonuncusu liderə qalib gələ bilər. Liqanın bu cür rəqabətli olması çox vacibdir.

- Bakıda necə, hər şey ürəyinizcədir? Özünüzü rahat edirsiz?

- Hər şey əladır. Bakı heyrətamiz və çox gözəl şəhərdir. İnsanları da mehribandır. Burada olmaqdan məmnunam.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30