28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Ölkə futbolu

Elmar Baxşıyev: “Hamıdan çox hücum edən biz olsaq da...”

“Bizi çətin matçın gözlədiyini bilirdik. “Sumqayıt” bu il yaxşı oyunu ilə seçilən komandalardan biridir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 11-ci turunda bu gün "Sumqayıt"la keçirilən səfər matçından sonra mətbuat konfransında deyib.

O, qolsuz başa çatan oyunu belə şərh edib: "Qarşılaşma göstərdi ki, hər iki rəqib bir-birinə layiq idi. “Sumqayıt” da, biz də qalib gələ bilərdik. Düşünürəm ki, bu matçın ədalətli nəticəsi heç-heçə idi. Komandam istədiyim bəzi elementləri meydanda verməyə çalışır. Ola bilər ki, bu, nəticə üçün yetərli olmur. Amma oyun planında inkişaf edə bilərik. Hücumların sayı həddindən artıq çoxdur. Son 6-7 matça nəzər salsaq, bəlkə də çempionatda hamıdan çox hücumda olan komandayıq. Ancaq son nöqtəni qoya bilmirik. Ümid edirik ki, bu çatışmazlığı da aradan qaldıracağıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30