29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Adi Mehremiç: “İnanıram ki, yenə eyni ssenari təkrarlanacaq” (MÜSAHİBƏ)

“Səbail”in müdafiəçisi Adi Mehremiçin Futbolxeber.az saytına müsahibəsi

 

- “Zirə” səfərində qazanılan 1 xalı necə şərh edərdiz?

- Yekunda qazandığımız 1 xal pis nəticə deyil. Təəssüf ki, qələbəni əldən verdik. Halbuki asanlıqla 3 xal qazana və birinci pilləyə yüksələ bilərdik. Ən azı 2 günlük. Çünki “Qarabağ” hələ bazar ertəsi oynayacaq.

- Qələbə hesabını qorumaq üçün nə çatmadı?

- Ola bilər konsentrasiya çatmadı. Müdafiədə daha diqqətli olmalıydıq. İkinci hissədə çox geri çəkildik. Üçüncü qolu vurmaqdan çox, hesabı qorumaq barədə düşündük. Bacardığımız futbolu sərgiləmədik.

- “Səbail” son 2 oyunda qapısında 6 qol görüb. Çox deyil?

- Diqqət yetirsək, əksər qollar zamanı kompakt şəkildə müdafiə olunmuruq. Bu da rəqibin fərqlənməsinə gətirib çıxarır. Bəli, razıyam ki, 2 görüşdə 6 qol çoxdur. Amma ümumi götürdükdə istər “Neftçi”yə, istərsə də “Zirə”yə qarşı pis çıxış etmədik.

- İlk dövrədə olduğu kimi, ikinci dövrə də “Səbail” üçün yaxşı başlamadı. Buna səbəb nədir?

- Bəli, mövsümə ağır məğlubiyyətlə başladıq. Sonradan “Neftçi” ilə heç-heçə etdik və “Zirə”yə uduzduq. Dördüncü turdan isə toparlandıq. Ardıcıl qələbələr qazandıq. İnanıram ki, yenə eyni ssenari təkrarlanacaq. İkinci dövrədə 2 turdan sonra 1 xal toplamışıq. Növbəti turdan qələbələrin gələcəyinə ümid edirəm.

- “Səbail” ev oyunlarını süni, səfər matçlarını isə Tovuz stadionu istisnaq olmaqla, təbii örtüklü meydançada keçirir. Bu, çıxışınıza nə dərəcədə təsir edir?

- Bu, komanda üçün narahatçılıq yaradır. İstərdim ki, “ASCO Arena”nın da qazonu təbii olsun. Söhbət tək bizdən getmir. Ümumiyyətlə, hər kəs üçün bu, yaxşı olardı. Azərbaycandakı bütün stadionlarda ot örtüyü təbii olsa, əla olar.

- Növbəti turda “Turan Tovuz”a qarşı oynayacaqsız. Bu matçdan nə gözləmək olar?

- Səfərdə Tovuz klubuna qalib gəlmişik. İnanıram ki, bu dəfə də rəqibi üstələyəcək. Bu matçda 3 xala çox ehtiyacımız var. XII turdan etibarən ardıcıl qələbələri sıralayacağımıza inanıram.

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30