29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Azər Məmmədov: “Oyunun qırılma nöqtəsi ikinci qol oldu”

“Oyun haqda danışılası çox şey yoxdur. Məğlubiyyəti analiz edəcəyik. Rəqibi təbrik edirəm. Bu gün qələbəyə tam layiq idilər. Xüsusən də ikinci hissədə”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Məmmədov Azərbaycan Premyer Liqasının XI turunda Qərb derbisində “Turan Tovuz”a 0:4 hesabı ilə uduzduqları matçdan sonra deyib.

O qeyd edib ki, oyunun qırılma nöqtəsi rəqibin vurduğu ilk qol idi: “Birinci hissədə ümidverici futbol oynayırdıq. Matçın gedişində düşünürdüm ki, gələcəkdə daha yaxşı nəticələr qazanacağıq. Təəssüflər olsun ki, ilk hissənin sonuna yaxın qol buraxdıq. Qapımızda gördüyümüz həmin qol matçın qırılma nöqtəsi oldu. Konsentrasiya pozuldu. Fasilədən sonra geridönüş yaratmağa çalışsaq da, alınmadı. Fasilədə təmkinli olmağa tapşırdım. Amma uşaqlar dərhal irəli atıldılar və bundan sonra arxa xətdə rəqibə boşluqlar verdik.

“Turan Tovuz” çox güclü idi, yoxsa “Kəpəz” ən zəif oyunlarından birini göstərdi?” sualını A.Məmmədov belə cavablandırıb: “Birinci hissədə bərabər oyun getdi. Çalışırdıq ki, daha yaxşı olaq. Fasilədən sonra isə rəqibə çox boşluqlar verdik. “Turan Tovuz” fiziki cəhətdən bizdən üstün idi”.

O, ardıcıl iki mövsümdür “Kəpəz”in “Turan Tovuz”u məğlub edə bilməməsi də toxunub: “Mən özüm futbol oynayanda da Qərb derbisi həmişə çətin və ağır olurdu. Bu gün də o şəkildə davam edir. “Kəpəz”in ən ağır oyunlarından biri “Turan Tovuz”a qarşı olur. Etiraf edək ki, bugünkü gündə heyət baxımından rəqib bizdən üstündür”.

“Kəpəz”in çalışdırıcısı rəqibin ikinci qolu vurduğu zamanı hakimin künc zərbəsi qərarının yanlış olduğunu düşünür: “Hakimlər haqqında demək olar ki, heç vaxt danışmıram. Səhvi ilk növbədə özümüzdə axtarıram. 0:4 uduzmuşuqsa, hakimlər haqda çox danışmaq istəmirəm. Lakin düşünürəm ki, ikinci qolda künc zərbəsi verilməsi yanlış qərar idi. Kənardan gördüyüm qədər orda künc zərbəsi yox idi. Hakimlər künc zərbəsi təyin etdilər, rəqib standart vəziyyətdən sonra fərqləndi. Orda künc zərbəsi yox idisə, hakimin qərarı məğlubiyyətimizə təsir edə bilər”.

Azər Məmmədov mətbuat konfransına gec qatılmasının səbəbini qapı arxasında qalması ilə əlaqələndirib: “Orda həkim otağı var. Məşqçilərlə həmin otaqda müzakirə aparırdıq. Çıxmaq istəyəndə gördük ki, qapı açılmır. Yubanmağım məhz bununla əlaqədardır. Heç vaxt istəmərəm ki, jurnalistləri gözlədim”.

O, növbəti matçda qarşılaşacaqları "Qarabağ"dan da söz açıb: “Qarabağ” sözsüz ki, favoritdir. Amma özünüz də bilirsiz ki, bizim komandamız iddialılara qarşı daha yaxşı çıxış edir. Düşünürəm ki, “Qarabağ”a qarşı bu gün ilk hissədə oynadığımız kimi çıxış etsək, yaxşı nəticəyə ümid etmək mümkündür. Digər tərəfdən də “Qarabağ”ın qarşıda Avroliqa matçı var. Həmin oyuna daha çox köklənsələr, bi, bizim xeyrimizə olar. Bu halda güclü rəqibdən xal ala bilərik”.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30