29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Ayxan Abbasov: “Bu qələbəyə çox ehtiyacımız var idi”

“Hər iki komanda üçün bu matç mühüm əhəmiyyət kəsb edirdi. Biz nəhayət ki, evdə qələbə qazanmaq istəyirdik. Rəqib isə uğursuz oyunlar seriyasına son qoymağı hədəfləyirdi. Turlan keçdikcə çempionat gərginləşir. Ona görə də bu qələbəyə çox ehtiyacımız var idi”.   

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XI turunda “Kəpəz”i 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

O, komandasının yaxaladığı şansları qola çevirməsini müsbət məqam kimi qiymətləndirib: “Hesab bizi aldatmalı deyil. Bu gün ikinci hissədə çox yaxşı oyun getdi. Çempionat başlayandan çox qol şanslarını qaçırmışıq. Amma bu gün məhsuldar çıxış etdik. Komandanı təbrik edirəm. Sevindirici hal odur ki, hesab bizə bu gün ikinci hissədə akademiyamızın yetirməsini meydana buraxmağa şans verdi. Buna görə akademiyamızın məşqçilərini də tərbik edirəm”.

“Turan Tovuz”un ikinci hissədə daha yaxşı oynamasının səbəbini Abbasov belə izah edib: “Matç gərgin başlamışdı. Rəqib bizi əks-hücumlarda yaxalamağa çalışırdı. “Kəpəz”in heyətində sürətli futbolçular var. İlk 45 dəqiqədə də oyuna nəzarət bizim tərəfimizdə idi. Sadəcə qol şanslarımız çox deyildi. Fasiləyə yaxın fərqlənməyimiz bizə çox kömək oldu. Buna baxmayaraq, futbolçulara fasilədə tapşırdıq ki, arxayınlaşmaq olmaz. Rəqib təzyiq edəcək. Elə ikinci hissənin ilk 5 dəqiqəsi çox ağır keçdi. Futbolçularım artırmalıdırlar. Bu gün əsas heyətdə meydana çıxanlardan yalnız 3 nəfəri ötən mövsüm də komanda idi”.

Tovuz klubunun çalışdırıcısı Paçunun qoluna çox sevindiyini bildirib: “Qərb derbisi həmişə maraqlı keçir. Bu oyun çempionatımıza gözəllik verir. Bu cür matçda böyükhesablı qələbə qazanmaq çox xoşdur. Futbolçularım daha çox fərqləndikcə onlarda özünəinam artır. Bu gün Paçunun fərqlənməsi məni çox sevindirir. Ağır zədədən sonra özünə gəlir. Bütün bunlar komandamıza xeyir verən addımlardır”.

O, Otto Conun son turlar inamlı çıxış etməsinə belə münasibət bildirib: “Ottodan gözləntilərimiz çoxdur. O, komandaya çox yaxşı qoşulmuşdu. Sonradan bir qədər çıxışında eniş oldu. Bəlkə də bu, rəqabətdən irəli gəlirdi. Lakin dediyiniz kimi, son 2 maçda vacib qollar vurur. Bu gün hücum xəttində rəqabət var. İstər Otto, istər Petkov, istərsə də Belaji məşqlərdə özlərini yaxşı tərəfdən göstərirlər”.

Mütəxəssis komandasının üzvü Fərid Nəbiyevin milli komandaya dəvət almağa layiq olub-olmaması barədə sualı belə cavablandırıb: “Bəli, Fərid bu gün millidə oynamağa layiqdi. Ola bilər ki, əsas heyətdə şans qazanmasın. Amma ümjumi götürdükdə istər Fərid, istər Sərtan Taşkın, istər Şəhriyar Əliyev hər an milliyə dəvət almağa hazır olmalıdırlar”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30