29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Rəşad Sadıqov: “Səbail”in dəqiqliyi bizdə olsa...”

“Futbolçuların çıxışından razı qaldım. Bu mövsüm ən yaxşı oyunlarımızdan birini keçirdik. Güclü rəqibə qarşı oynadıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XI turunda “Səbail”lə oyundan sonra (2:2) keçirilən mətbuat konfransında deyib.

O, matça yaxşı başladıqlarını bildirib: “Erkən qoldan sonra şanslarımız olsa da, onlardan faydalana bilmədik. Ardınca 3 dəqiqəyə qapımızda iki qol gördük. Bu, bizim üçün sarsıntı idi. Amma komanda özünü itirmədi. Üstünlük bizim tərəfimizdə idi. Cavab qolunu vursaq da, qələbə qazana bilmədik. Futbolçularıma təşəkkür etmək istəyirəm”.

Sadıqov matça ciddi itkilərlə çıxdıqlarını bildirib: “İkinci hissədə oyunu gücləndirəcək futbolçumuz yox idi. Ehtiyatdakılar əsasən müdafiəyə meyilli futbolçular idi. Heyətlə bağlı problemlər var. Bunu bilirik. Amma əlimizdən nəsə gəlmir. Qışı gözləməliyik”.

“Zirə”nin çalışdırıcısı hücum xəttindən razılığını ifadə edib: “Rüstəm və Suma yaxşı çıxış etdi. Kulaç da oyuna yaxşı qoşuldu. Hücum xəttindən razı qaldım. Sadəcə bir qədər soyuqqanlıq çatmadı ki, qələbə qolunu vuraq”.

Sadıqov komandasında zədəlilərin çoxluq təşkil etdiyini vurğulayıb: “Çempionatda bəlkə də ən çox zədə alan komandayıq. Yüklənməyə də nəzarət edirik. Amma yenə də zədəlilərimizin sayı artır”.

Mütəxəssis “Səbail”in dəqiqliyini qabardıb: “Rəqib bu gün çox dəqiq oynadı. Qapımıza demək olar ki, 2 zərbə oldu və ikisi də qola çevrildi. Bizdə də eyni dəqiqlik olsa, hər matç 4-5 qol vurardıq. Nuno Pedro usta oyunçudur. İlk qolu möhtəşəm idi. İkinci qolu da heç nədən yaratdı. Buraxılan qollara görə müdafiəni günahlandırmaq istəməzdim”.

R.Sadıqov bildirib ki, “Səbail” əks-hücumlarda əla çıxış edir: “İlk qolda dayaq yarımmüdafiəçisi topu itirdi. İbrahima Abbas yaxşı görsənmirdi. Buna görə də onu fasilədə əvəzlədik. Lukoviç çox yaxşı qoşuldu oyuna. “Səbail” çempionatda ən təhlükəli əks hücuma çıxan komandadır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30