29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Mutu basketbol çempionatında: "Daha yaxşı hücumçu tapa bilməsəm, özüm oynayacam"

Ötən axşam "Sərhədçi" İdman Kompleksində qələbəlik idi. Basketbol üzrə Azərbaycan çempionatının açılış turunda "Neftçi" debütant "Xəzri" ilə üz-üzə gəlirdi.

Futbolxeber.az saytının məlumatına görə, oyunu izləyənlər arasında "ağ-qaralar"ın eyniadlı futbol klubunun baş məşqçisi Adrian Mutunu da görmək olardı. Komandalar böyük fasiləyə yollanarkən rumıniyalı mütəxəssislə ayaqüstü söhbətləşə bildik. Sport24.az-a verdiyi müsahibədə 44 yaşlı mütəxəssis həm basketboldan danışdı, həm də futboldan.

- Meydançanı səhv salmamısınız? Bildiyim qədəri ilə ancaq futbol komandasına cavabdehlik daşıyırsınız...

- (gülür) İlk olaraq, onu deyimki mənim ən çox sevdiyim idman növlərindən biri basketboldur. Böyük oğlum da basketbolla məşğul olub. Bura "Neftçi"nin oyununu izləməyə və komandaya dəstək olmağa gəlmişəm.

- Necə düşünürsünüz, "Neftçi"nin basketbol komandası daha yaxşı oynayır, ya futbol?

- Hansının daha yaxşı olduğunu deyə bilmərəm. Hər iki komanda eyni rəngləri təmsil edir. Fərqi yoxdur, əsas odur ki, biz "Neftçi"ni təmsil edirik. Məhz bu səbəbdən də birlik olmalıdır. Buna görə də "Neftçi"ni dəstəkləmək üçün burdayıq.

- Dediniz ki, oğlunuz da basketbolla məşğul olub. Onu "Neftçi"yə transfer etmək fikriniz var?

- O artıq bu peşəni buraxıb. Amma kiçik oğlum oynayır və hazırda "Neftçi"dədi.

- Fikrimcə, futbol mövzusuna toxunmasaq, azarkeşləriniz saytımızı daş-qalaq edər... "Neftçi" son turda oyunu ilə fanatlarını sevindirdi. "Səbail" üzərində qələbə qazanmaqla yanaşı, şən, diri futbol oynadınız. Hətta deyərdim ki, rəhbərliyiniz altında komandanızın ən yaxşı oyununu izlədik. Buna dirçəliş kimi baxmaq olar, ya sadəcə, belə alındı?

- Komanda son oyunda yaxşı oyunla qələbə qazandı. Zənnimcə, hər şey qaydası ilə gedir. Ümid edirəm ki, komandada olan bu konsentrasiya və motivasiya sona qədər davam edəcək. Məhz bu cür oyunla azarkeşlərimizi sevindirməyə davam edəcəyik.

- Azarkeşlər arasında belə bir fikir formalaşıb ki, Emin Mahmudovsuz "Neftçi" daha əzəmətli göründü. Hər halda, komandanız daha sürətli futbol sərgilədi. Bu barədə nə deyə bilərsiniz?

- Belə olduğunu düşünmürəm. Həmin oyunda komanda birlik nümayiş etdirdi, xarakter göstərdi və qələbə qazandı. Eminlə və ya Eminsiz, komanda oyuna köklənməli və nəticə qazanmalıdır.

- Növbəti turda "Sabah"la qarşılaşırsınız. Hazırda turnir cədvəlinə baxdıqda, nə "Neftçi", nə də "Sabah" barəsində müsbət fikir söyləmək olur. Ancaq oyunun afişası əzəmətli görünür: ötən mövsümün gümüş və bürünc medalçıları qarşılaşacaq...

- Murad Musayevin komandasının indi hansı pillədə olmasının fərqi yoxdur. Ciddiyə alınası, hörmət ediləsi rəqibdi. Qarşıda çətin oyun var. Fikrimcə, bizi amansız 90 dəqiqə gözləyir. Maraqlı matçın sonunda hansı nəticənin qeydə alınacağını birlikdə görəcəyik.

- Futbol ictimaiyyəti "Neftçi" adına layiq hücumçunu hələ də görmür. Qış fasiləsində hücumda "Adrian Mutu"yla güclənmək mümkün olacaq?

- Əgər daha yaxşı hücumçu tapa bilməsəm, özüm oynayacam.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30