29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Rəhman Hacıyev: "Sabah"la oyunda meydana üç xal üçün çıxacağıq"

"Meydana üç xal üçün çıxacağıq".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Rəhman Hacıyev "Sabah"a qarşı keçirəcəkləri Premyer Liqanın XI turunun oyunu ilə bağlı klubun rəsmi televiziyasına açıqlamasında deyib.
 
30 yaşlı yarımmüdafiəçi komandada hər şeyin qaydasında olduğunu bildirib: "Səbail"ə qarşı sonuncu matçda qələbə qazandıq. Bizi növbəti çətin qarşılaşma gözləyir. Çox yaxşı hazırlaşırıq. Hər görüş vacibdir".
 
Hacıyev üç mövqedə çıxış edə bildiyini söyləyib: "Baş məşqçi harada şans versə, daha yaxşısını etməyə çalışıram. Məncə, oyunum sağ cinahda daha yaxşı alınır. Növbəti görüşdə iştirak etsəm, qələbə üçün nəsə etməyə çalışacağam".
 
O, "Sabah"ın üç gün əvvəl "Sumqayıt"la II turdan təxirə salınmış oyunda iştirak etməsinə toxunub: "Rəqib yorğun ola bilər. Amma biz öz oyunumuzu düşünməliyik və qələbə qazanmalıyıq".
 
Qeyd edək ki, oktyabrın 29-da "Neftçi Arena"da reallaşacaq "Neftçi" - "Sabah" matçı saat 18:30-da start götürəcək.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30