29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Aslan Kərimov: “Qarabağ” qapanmış şəkildə oynasaydı, 1:5 hesabı qeydə alınmayacaqdı"

Millimizin sabiq üzvü Aslan Kərimovun Futbolxeber.az saytına müsahibəsi

 

- "Qarabağ"ın UEFA Avropa Liqasının üçüncü turunda "Bayer Leverkuzen"ə qarşı keçirdiyi səfər matçını necə qiymətləndirirsiz?

- Ümumiyyətlə, bu oyunu qiymətləndirməzdim. İndiyə qədər "Qarabağ" Avropanın top klublarına qarşı çox oyunlar keçirib. Ancaq həmin matçlarda "Qarabağ" dünənki kimi aciz görünmürdü. Son 10 ildə bu qədər topsuz qalan bir "Qarabağ" görməmişdim. Qeyd edim ki, "Bayer Leverkuzen" bu cür oyunla Avroliqanın finalında oynayacaq bir klub olaraq özünü göstərir. Komanda hətta bu il turnirin qalibi olsa, buna təəccüblənməməliyik. Bütün komponentlərdə rəqibə məğlub olduq.

- Demək olar ki, matçın taleyini “Bayer Leverkuzen”in erkən qolu həll etdi?

- Məncə, ilk qol komandanı sındırmadı. "Bayer Leverkuzen" 90 dəqiqə ərzində dominant oynadı. Almanlar hesabı ilk hissənin ortalarında açsaydılar belə, yekun nəticə fərqli olmayacaqdı. "Qarabağ" topa sahib olmalı idi. Amma rəqib komanda yüksək pressinqlə buna imkan vermirdi. Zubir, Andrade, Juninyo topla hərəkət edə bilmirdi. Yankoviç arada nəsə etməyə çalışırdı. Leverkuzenlilərin müdafiə xətti 1 həmlə ilə toplu ələ keçirirdi. "Bayer Leverkuzen" "Qarabağ"ın orta xəttini çoxsaylı oyunçularla keçirdi. Qurban Qurbanov matça 4-1-4-1 taktiki sxemi ilə başlamışdı. Yüksək pressinqlə oynamaq istəyirdilər. "Bayer Leverkuzen" öz zonasında belə topu itirmirdi. Yalnız bircə dəfə səhv etdilər, o da penalti ilə nəticələndi. 4 yarımmüdafiəçi və 1 hücumçu ilə Almaniya təmsilçisi daim təzyiq göstərirdi. İlk hissənin sonlarında Qurban Qurbanov Yankoviçi geriyə çəkməyə məcbur oldu. Bu zaman rəqib komandanın müdafiə xəttinin oyunçuları cinahdan hücumlara qoşulurdu. Taktikanı dəyişsək belə, komanda olaraq rəqibin öhdəsindən gələ bilmirdilər.

- “Qarabağ”ın qapısına 5 qolun vurulması nədən xəbər verir?

- Açığı, oyundan öncə “Bayer Leverkuzen”in “Frayburq” kimi oynayacağını düşünürdüm. Lakin Leverkuzen təmsilçisi yalnız 4 qol vurduqdan sonra nisbətən təzyiqi azaltdı, amma yenə də fərqlənə bildilər. Rəqib qol imkanlarından maksimum yararlandı. İstənilən halda şəxsən 1:5 hesabını gözləmirdim.

- Hesab bərəbarləşəndən sonra "Qarabağ" açıq oyuna davam etdi. "Bayer Leverkuzen"ə qarşı açıq oyun sərgiləmək nə dərəcədə düzgün seçim idi?

- 1:1-dən sonra da "Qarabağ" açıq oyuna davam etdi. Məncə, komandamız daha ehtiyatlı oynamalı idi. "Qarabağ" öncədən bilirdi ki, "Bayer Leverkuzen" arxa xətdən çox yaxşı çıxır. Komanda hər 2 hissədə tapşırığın öhdəsindən gələ bilmədi. Bəli, "Qarabağ" qapanmış şəkildə oynaya bilərdi. Ancaq belə oynasalar, 1:5 hesabı qeydə alınmayacaqdı. Məğlubiyyət isə, məncə, qaçılmaz idi. Bəlkə 1:2, 1:3 hesabı ola bilərdi. İmic baxımından bu, nəyəsə təsir edə bilərdi. Rəqibin gücü açıq-aşkar görünürdü. "Qarabağ"ın başqa oyun üslubu yoxdur. Orta səviyyəli komandalara qarşı bu cür oynaya bilərsən. Amma top klublara qarşı matçda gərək oyunçuların keyfiyyəti də onlara uyğun olsun. Komanda belə rəqiblərlə qapanıq oynamağı bacarmalıdır. Bu baxımdan "Qarabağ" qapanmış oyun keyfiyyətlərinə görə ən yaxşı komanda deyil. Daha yüksək yerlər uğrunda oynamaq istəyirsə, həm qapanmış şəkildə, həm də dominant şəkildə oynamağı bacarmalıdır

- Məğlubiyyətə baxmayaraq, "Qarabağ" hələ də qrupda ikincidir. Növbəti 3 oyunda Ağdam təmsilçisinin şanslarını necə dəyərləndirirsiz?

- Qrupda bir problemimiz olmayacaq. "Mölde", "Hakken" üst səviyyəli komandalar deyil. İlk 2 oyunda qazanılan qələbələr ikinci yeri tutmağa imkan verir. "Qarabağ" bu şansdan istifadə edəcək. .

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30