29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Qurban Qurbanov: “Futbolçularım çox əziyyət çəkdilər”

"Çox yaxşı komandaya məğlub olduq. Bu komandanı ancaq təbrik edirəm. Bu cür futbol oynadıqları üçün onlara azarkeşlik edə bilərik. Futbolçularım çox əziyyət çəkdilər. Müdafiədə oturmaq istəmirdik. Boşluqlar verdik. "Bayer Leverkuzen" topla çox yaxşı davranırdı. Bu gün gördük ki, səviyyə fərqi var. Nəticə göstərdi ki, onlar bizdən çox yuxarıdadır".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda səfərdə "Bayer"ə 1:5 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, "Hesab səviyyə fərqinin göstəricisidir" sualına belə cavab verib: "Yox, deməzdim. Bu gün 5 qol vurublarsa, bu, onların bacarığıdır. Sadəcə bunu deyim ki, problem bizdə deyildi, onlarda idi. "Bayer Leverkuzen" çox yaxşı komandadır. Onların ustalıq səviyyəsi aşağı olan futbolçuları yoxdur. Öz oyun sistemlərini yaxşı yerinə yetirirdilər".

Qurbanov "Bayer"ə qarşı noyabrın 9-da Bakıda keçirəcəkləri matç haqqında da danışıb: "Dünən də bildirdim ki, Almaniya komandaları heç bir oyuna arxayın çıxmırlar. Xabi Alonso istəyir ki, öz oyununu daha da yaxşılaşdırsın. Belə oyunlar onun üçün çox böyük şansdır. İnanmıram ki, onlar Bakıda meydana arxayın çıxsınlar. "Bayer Leverkuzen"in heyətində də elə bir futbolçu yoxdur ki, arxayınlaşsın. Çünki ustalıq səviyyələri yuxarıdır".

Baş məşqçi "Azərbaycan klublarının bu cür rəqiblərlə oynaması üçün nə lazımdır" sualına  "Məncə, bu gün bu, müzakirə mövzusu deyil. Özünüz diqqətlə baxırsınızsa, çox gözəl bilirsiniz. Reallığa baxmalıyıq. Səviyyə fərqi elə-belə deyil. Hərtərəfli fərq var. Bunu öz vətənimizdə müzakirə etsək, daha yaxşı olar", - deyə cavab verib.

O, futbolçusu Julio Romaonun 90 dəqiqə meydanda qalmasına və əvəzlənməməsinə də toxunub: "Səbəbi yoxdur. Bəzi futbolçular var idi ki, onlara tapşırıq verilmişdi, yerinə yetirirdilər. Futbolçular hansısa epizodda çatmırdılarsa, o demək deyil ki, zəif oynayırdılar. Rəqibin də bacarığını nəzərə almaq lazımdır. Romaonun belə oyunlarda meydanda olması lazımdır. Yankoviç isə zədədən qayıtmışdı. Bacardığı qədər komandaya kömək edə bilirdi".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30