29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

“Sumqayıt” cərimələndi, Murad Musayev cəzalandı

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının II turundan təxirə salınmış “Sumqayıt” - “Sabah” oyununda baş verən neqativ hallarla bağlı qərarını açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, “Sumqayıt” klubu 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə edilib.

Qarşılaşmanın 90+4-cü dəqiqəsində “Sabah”ın baş məşqçisi Murad Musayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun, həmçinin 24.08.2023-cü il tarixində təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə ilə cəzalandığına görə həmin tarixdə verilmiş 1 oyunluq şərti cəza üzərinə əlavə olunmaqla ümumilikdə 2 oyun cəzalanıb. Paytaxt klubu isə 1000 manat cərimə edilib.

Qeyd edək ki, ötən gün baş tutan matç "Sumqayıt"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30