29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Klub rəhbərindən Mutunun istefaya göndəriləcəyi iddialarına cavab

"Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudov əsas komandanın hazırkı çıxışı haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, bu gün jurnalistlərə açıqlamasında baş məşqçi Adrian Mutu və futbolçulara inandıqlarını söyləyib. Liderdən cəmi 5 xal geridə olduqlarını bildirən F.Mahmudov əsas mübarizənin hələ irəlidə olduğunu qeyd edib. O, azarkeşlərin "Neftçi"ni daim zirvədə görmək istədiklərini söyləyib. Klub rəhbəri fanatları səbrli olmağa çağırıb: "Nəticələr zamanla gələcək. İnanıram ki, layiq olduğumuz yeri tutacağıq".

F.Mahmudov baş məşqçiləri Andrian Mutuya dəstək olduqlarını bildirib: "Şayiələr yayılıb ki, biz Mutunu göndərmək istəyirik. Bu, düzgün deyil. Biz baş məşqçimizin arxasında dayanmışıq, ona inanırıq və sonadək də inanacağıq".

O, klubun  yeni bazasının nə vaxt hazır olacağı barədə sualı da cavablandırıb: "Bu baza bizim üçün prioritet işlərdən biridir. Artıq bir neçə şirkətlə danışmışıq. Onlardan cavab gözləyirik ki, bazanın hazır olması nə qədər vaxt və nə qədər maliyyə aparacaq. Bu suallara cavab verildikdən sonra öz planımızı quracağıq"

Qeyd edək ki "Neftçi" Azərbaycan Premyer Liqasında 10 turdan sonra 15 xalla 5-ci pillədə qərarlaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30