3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Kəpəz”in futbolçusunda “Hepatit B” olsa da...”

“Kəpəz”in futbolçusu Abdullahi Şuaybunun qanında “Hepatit B” virusu aşkarlanıb.

Futbolxeber.az saytının “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, bu barədə “Xəzər TV”yə onun sabiq meneceri Dmitri Selyuk məlumat verib.

O bildirib ki, nigeriyalı futbolçu sağlamlıq testindən keçərkən analizləri dəyişdirilib və “sağlam” olaraq qeyd edilib. Bununla bağlı hətta Baş Prokurorluq AFFA-ya müraciət edib.

“Kəpəz” klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev “Qafqazinfo”ya məlumatı təsdiq edib: “Bir çox Afrikadan gələn futbolçularda bu virus olur. Uzağa getməyək elə Türkiyədə dəfələrlə bu cür hallar olub. Abdullahi Şuaybuya gəlincə, bəli, onda da Hepatit B virusu aşkarlanıb. Amma bu virus futbolçuda irsidir, sonradan yaranmayıb. Heç bir təhlükəsi yoxdur, yoluxucu deyil. Nigeriyalı futbolçu dəfələrlə klub tərəfindən detallı analizlərə cəlb edilib. Səhhətində, sağlamlığında heç bir çətinlik yoxdur. O, komandamızın əvəzedilməz oyunçularından biridir, fiziki göstəricilərində problem olmur.

Özünü yaxşı hiss edir, daim nəzarət altında da saxlanılır. Bu məsələ niyə gündəmə gətirilib? Futbolçu ilə də söhbət etmişik. O dedi ki, əvvəlki meneceri ilə münasibətləri başa çatıb. Həmin menecer də bu yolla ona problem yaratmağa çalışır. Onunla yolları ayırıb deyə gərginlik yaradır. Menecer tərəfindən belə kampaniya həyata keçirilir. Sağlamlıq baxımından problemi də yoxdur, valideynlərindən keçib bu virus. Həkimlərin də analizlərdən sonra rəyləri var və onlar da bildirir ki, yoluxdurucu ola bilməz”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31