3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Ruan Renato: “Turnir cədvəlindəki vəziyyət üzərimizdə təzyiq olmasına şərait yaratmır”

“Zirə”nin müdafiəçisi Ruan Renatonun Futbolxeber.az saytına müsahibəsi

 

- “Zirə” ikinci dövrəyə xal itkisi (0:0) ilə başladı. “Kəpəz”i məğlub etmək üçün nə çatışmadı?

- Bizi çətin oyun gözlədiyini öncədən bilirdik. Həm də nəzərə almışdıq ki, “Kəpəz” əlindən gələnin ən yaxşısını edəcək meydanda. İlk hissə bizim üçün ürəkaçan olmasa da, fasilədən sonra tempi qaldıra, keyfiyyətli hücumlar qura bildik. Rəqib qapısı qarşısında təhlükəli epizodlar yaratmağa müvəffəq olsaq da, yaranmış qol epizodlarından yararlana bilmədik.

- Adətən Tovuz stadionunun qazonunun süni olması rəqiblərin işini çətinləşdirir. “Zirə” də bu problemlə üzləşdi?

- Bəli, süni ot örtüyü əlavə çətinliklər yaradır. Lakin hər şeyi qazonla bağlamaq düzgün olmazdı. “Kəpəz”in bizə qarşı göstərdiyi performans heç də turnir cədvəlindəki yerindən xəbər vermirdi. Pis oynadığımızı deyə bilmərəm, nomral çıxış etdik. Sadəcə əsas problem odur ki, yaxaladığımız qol şanslarını reallaşdıra bilmirdik.

- Sizdən bir gün öncə “Qarabağ” da Tovuzda xal itirmişdi və qalib gələcəyi təqdirdə “Zirə” vahid lider olacaqdı. Bu məqam üzərinizdə əlavə təzyiq yaradırdı, yoxsa motivasiyanı artırırdı?

- Xeyr, üzərimizdə hər hansı bir təzyiq yox idi. Turnir cədvəlindəki vəziyyət üzərimizdə təzyiq olmasına şərait yaratmır. Biz hər matçda ən yaxşı performansımızı sərgilməyə çalışırıq. Sadəcə “Kəpəz”lə matçda ideal çıxış etmədik. Əlbəttə, qalib gələrək vahid lider olmağı biz də istəyirdik. Təəssüf ki, yekunda cəmi 1 xalla kifayətləndik.

- “Zirə” 10 turdan sonra turnir cədvəlində şərikli liderdi. Bu mövqeni sona kimi qorumaq nə dərəcədə çətin olacaq?

- Oyundan oyuna, məşqdən məşqə əlimizdən gələnin ən yaxşısını etmək üçün çalışırıq. Lakin mövsümün sonuna hələ çox var. Bizi hələ qarşıda uzun marafon gözləyir. Yekunda hansı nəticəyə nail olacağımızı isə sonda biləcəyik. Komandamızda hər bir fərd yalnız və yalnız növbəti matçı düşünür.

- Həftə ərzində açıqlanan statistikaya əsasən, “Zirə” Avropada ən az qol buraxan komandaların siyahısında 13-cü yerdədir. Bu haqda məlumatınız var?

- Bəli, bu haqda xəbərləri mən də oxumuşam. Bu nəticə bizi məmnun edir. Nə xoş bizə ki Avropada ən az qol buraxan komandalar siyahısındayıq. Bu uğuru təkcə müdafiə xəttinin adına yazmaq olmaz. İrəlidə oynayan futbolçularımız da bizə kömək edir. Təbii ki, biz də müdafiəçilər olaraq hücum xəttimizə məhsuldar olmağa kömək etməyə çalışırıq.

- Lakin hücum xətti müdafiə qədər etibarlı çıxış etmir. 10 tur ərzində “Zirə” rəqib qapılarından cəmi 9 qol keçirib...

- Bunu şanssızlıqla da əlaqələndirmək olar. Daha əvvəl dediyim kimi, elə “Kəpəz”lə matçda şahid olduz ki, komandamız yaxaladığı şansları qola çevirə bilmədi. Ön xətdə yer alan futbolçularımız bacarıqlıdılar. İnanıram ki, qarşıdakı matçlarda daha məhsuldar olacağıq.

İbrahim CƏFƏROV, Tovuz




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31