3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Turan Tovuz” üçün yubiley qolu

“Turan Tovuz” Azərbaycan çempionatlarında 50-ci qolunu vurub.
 
Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, qərblilərin yubiley qoluna Ayxan Quseynov imza atıb.
 
O, Azərbaycani Premyer Liqasının 10-cu turunun “Qarabağ”la ev matçında fərqlənib. 2:2 hesabı ilə başa çatan qarşılaşmada son qolu vuran Ayxan Tovuz klubunun “50”yə 46-cı matçda çatmasına töhfə verib. Qərblilərin məhsuldarlığı 1,09-a bərabərdir.
 
“Turan Tovuz” yarışın tarixinə ən azı 50 qol vuran 43-cü komanda kimi düşüb. Tovuzun Premyer Liqadakı ikinci təmsilçisi olan “Turan Tovuz”un ilk qolu ötən mövsümə təsadüf edib. 2022-ci il avqustun 13-də “Səbail”lə səfər matçında Natan Oduva qələbə qoluna imza atıb – 1:0.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31