3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Rəhman Hacıyev: “Azarkeşlərin narazılığını anlayışla qarşılayıram, amma..."

“Erkən qol buraxsaq da, ruhdan düşmədik. Əvvəldən bizi ağır oyun gözlədiyini bilirdik. İşimizi çətinləşdirən bir məqam da ot örtüyünün süni olmasıdır. Çünki təbii otdan süniyə keçmək çox çətindir”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev Azərbaycan Premyer Liqasının X turunda “Səbail”i 4:2 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

O, səfərə qələbə üçün yollandıqlarını bildirib: “Qələbə üçün gəlmişdik. Bizim üçün bu 3 xal çox vacib idi. Şükürlər olsun ki, istəyimizə çatdıq. Bu gün qələbənin sevincini yaşayırıq. Amma sabahdan artıq növbəti oyuna hazırlaşacağıq”.

Yarımmüdafiəçi çempionatdakı fasilənin “Neftçi”nin xeyrinə olduğunu vurğulayıb: “Bizim üçün nə qədər boş vaxt olsa, bir o qədər yaxşıdır. Çünki indiki məqamda “Neftçi”yə vaxt lazımdır. Məşqçinin istədiklərini həyata keçirmək üçün zamana ehtiyac duyuruq. Mən baş məşqçimizə də, komandamıza da inanıram. Zaman keçdikcə “Neftçi” daha yaxşı vəziyyətdə olacaq”.

R.Hacıyev “Neftçi”yə yeni cəlb olunan futbolçuların keyfiyyətini qabardıb: “Heyətimizə yeni futbolçular qoşulub. Onlar bacarıqlıdırlar. Sadəcə bir qədər zamana ehtiyac var ki, komandaya uyğunlaşsınlar, açılışsınlar. İnanıram ki, zamanla hər şey daha yaxşı olacaq. Legionerlər də potensiallarını göstərəcəklər”.

“Neftçi”nin üzvü komandanın son zamanlar azarkeşlər tərəfindən çox tənqid olunmasına belə münasibət bildirib: “Azarkeşlərin narazılığını anlayışla qarşılayıram. Amma inanıram ki, “Səbail” üzərindəki qələbənin ardı gələcək. Azarkeşlər bizə yenə də dəstək olsunlar. “Səbail”lə matçda onların dəstəyini hiss etdik. Bu, bizim üçün çox önəmlidir. Biz də fanatları sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31